Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da


ƏBU BƏKR VƏ ÖMƏRİN FƏZİLƏTLƏRİ HAQQINDAKI HƏDİSLƏR VƏ ONLARIN RƏDD EDİLMƏSİ



Yüklə 2,46 Mb.
səhifə56/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

ƏBU BƏKR VƏ ÖMƏRİN FƏZİLƏTLƏRİ HAQQINDAKI HƏDİSLƏR VƏ ONLARIN RƏDD EDİLMƏSİ


Şeyx: «Rəsulallahın (s) belə buyurduqlarına artıq bir şübHə yoxdur:

«Allah-təala xalqın hamısına ümumi olaraq, amma Əbu Bəkrə məxsus olaraq təcəlli edər».

«Allah-təala mənim köksümə daxil etdiyi hər şeyi, Əbu Bəkrin də köksünə daxil etmişdir».

«Mən və Əbu Bəkr iki rəhvan at kimiyik».

«Göy üzünün birinci qatında olan 80 min mələk, Əbu Bəkr ilə Öməri sevənlər üçün istiğfar edərlər və ikinci qatında 80 min mələk də Əbu Bəkr və Ömərin düşmənlərinə lə᾽nət edərlər».

«Əbu Bəkr və Ömər əvvəlkilərin və sonrakıların ən xeyirlisidirlər».

Ömər və Əbu Bəkrin məqamlarının əzəməti bu hədisdən daha yaxşı anlaşılmaqdadır: «Allah məni öz nurundan, Əbu Bəkri mənim nurumdan, Öməri Əbu Bəkrin nurundan və ümmətimi də Ömərin nurundan yaradmışdır. Ömər cənnət əhlinin açarıdır».

Xəlifələrin məqamı mövzusunda bizim mö`təbər kitablarımızda mövcud olan bir çox hədis vardır. Həqiqətlərin ortaya çıxması üçün onlardan yalnız bir neçə misal olaraq sizə bildirdim.



vətçi: «Söylədiyiniz bu hədislərin özü, bilavasitə Rəsulallahın (s) mübarək diliylə deyilmədiyini göstərir. Rəsulallah (s) heç bir vaxt bu növ sözləri söyləməzdi. Çünki birinci hədis Allahın cisim olduğunu göstərir. Bu da küfr deməkdir. Allahın cisim olduğuna inanmaq insanı küfrə salar. İkinci hədis isə Əbu Bəkrin Rəsulallaha (s) nazil olan hər şeyə ortaq olduğunu söyləyir ki, belə bir şey də imkansızdır. Üçüncü hədis də Rəsulallahın (s) Əbu Bəkrdən heç bir üstünlüyü olmadığını göstərir. Son iki hədis isə Hər iki tərəfin (sünni və şiə) qəbul etdiyi «Məhəmməd və Ali Məhəmməd aləmlərin ən xeyirlisidir». hədisləriylə (bu mövzuda daha bir çox hədis nəql edilmişdir)ziddiyətlidir. Son hədis isə, Qur᾽ani-kərimdəki «İnsan» (Dəhr) surəsinin 13-cü ayəsi «Orada taxtlara söykənəcəklər. günəş [istisi] görəcəklər soyuq» ilə ziddiyyətlidir. Cənnətdə günəş və ay yoxdur. Orada mövcud olan daş, ağac, divar, qapı qısaca desək hər şey nurludur. Bu dünyada aydınlığa çıxmaq üçün işığa eHtiyac vardır; cənnətdə yox.

Bu zahiri tənqidlərdən əlavə, sizin rical və dirayə alimləriniz məsələn: Müqəddəsi «Təzkirətul Məvzuat»da, Firuzabadi əş-Şafei «Səfərus-səadət» kitabında, Həsən bin Kəsiri əz-ZəHəbi «Mizanul-itidal»da, Əbu Bəkr Əhməd bin Əli Xətibi Bağdadi öz yazdığı tarix kitabında, Əbul Fərəc bin Cəvzi «Məvduat» kitabında, Cəlaləddin Siyuti «Əl-ləəlil-Məsnua fil-Əhədisil-Məvdua» adlı kitabında bu hədislərin uydurma olduğuna dair hökm vermişlər. Bu hədislərin Hər biri haqqında belə demişlər: Ravi və sənəd baxımından bu hədislər məvdu və saxta hədislərdəndir. Çünki bunları nəql edənlərin içərisində yalançı və hədis uyduran kəsələr vardır. Beləcə bu hədislərin, həm əqlən, həm də Qur᾽an ayələrinə görə batilliyi aydındır».



Şeyx: «Yaxşı bəs Rəsulallahın (s) buyurduğu bu hədisə nə deyirsiniz: «Əbu Bəkr və Ömər cənnət qocalarının ağalarıdır».

vətçi: «Bu hədis haqqında da bir az düşünməli olsaq, sizin dirayə və rical alimlərinizin bu hədisi uydurma hədislərdən olduğunu bilmələrinin, Rəsulallahın (s) belə bir söz buyurmasının imkansız olduğu hədisin özündən anlaşılmaqdadır. Çünki hər kəs, qoca bir insanın cənnətdə olamayacağını bilir. Cənnətdə, dünyada olduğu kimi insanın cismani həyat mərhələsi, olmadığına görə insanın səadət kamalına yetişə bilməsi üçün gənclikdən yaşlılığa doğru irələmə deyə bir şey mövcud olmayacaqdır. Bizim sözümüzü əsaslandıran bir çox hədis vardır. Bunlar sizin və bizim hədis kitablarımızda mövcuddur. Məsələn, bir gün «Əşcəi» qəbiləsindən olan yaşlı bir qadın Rəsulallahın (s) hüzuruna gəldikdə, Rəsulallah (s) söhbət əsnasında ona belə buyurdu: «Yaşlılar cənnətə girməyəcəkdir». O, qadın kədərlənərək; «Ya Rəsulullah! Onda mən cənnətə girəməyəcəyəm» deyib həzrətin hüzurundan ayrıldı. Rəsulallah (s) da onun arxasıca bu xəbəri göndərdi: «Ona söyləyin ki, o gün kimsə yaşlı olmayacaqdır. Çünki bütün yaşlılar gənc olaraq cənnətə girəcəklər».

Ardıca bu ayəni oxudu: «Şübhəsiz ki, biz huri qadınla da gözəl bir biçimdə yaratdıq. Onları bakirə qızlar olaraq xəlq etdik. Ərlərini sevəni həm yaşıd»1.

Yenə sizin və bizim hədis kitablarımızda Rəsulallahın (s) belə buyurduğu nəql edilmişdir: «Cənnət əhli, üzündə tük bitməmiş, qıvrım saçlı və gözlərinə sürmə çəkilmiş bir halda 33 yaşlarında cənnətə daxil olarlar».

Şeyx: «Sözləriniz öz yerində doğrudur, amma bu hədis cənnət əhli üçün mühəssisdir (təhsisedicidir)».

vətçi: «Sizin sözünü yaxşı anlaya bilmədim. Bu hədis nəyin mühəsisidir (nəyi təhsis etməkdədir). Yə᾽ni Allah (c.c) sırf Əbu Bəkr və Ömər yaşlıların ağası olsunlar deyəmi bir qrup insanları yaşlı olaraq cənnətə gətirəcəkdir?! Əgər Əbu Bəkr və Ömər cənnətə düşməli olsalar, Allah-təala onları da gənc olaraq cənnətə daxil edə bilər. Yoxsa, sadəcə onlar ağa olsunlar deyə Allah (c.c) bir qrup insanları yaşlı olaraq cənnətə gətirməz.

Üstəlik, sizin alimləriniz bu hədisi uydurma hədislərdən saymışlar. Rəsulallahın (s) bizim işimizi asanlaşdırmaq üçün təməl bir qanun qoyduğunu da bilirsiniz. Bu qanun, «Qur᾽ana uyğun olmayan bir hədisin qəbul edilmədiyi qanunudur». Bizim rical və dirayə alimlərimiz də, Rəsulallahdan (s) ya da mə᾽sum imamlardan (ə) gələn bir hədisi bizim öz qaynaqlarımızda gördüklərində, Rəsulallah(s)-ın bu təməl qanunını ölçü tutaraq Qur᾽ana uyğun olmayan hədisləri qəbul etmirlər.

Bir az əvvəl böyük alimlərinizdən bir çoxunun uydurma hədislər haqqında bir çox kitablar yazdıqlarını ərz etdim. Şeyx Məcduddin Məhəmməd bin Yəqubi Firuzabadi «Səfərus-səadət»in 142-ci səhifəsində, Cəlaləddin Siyuti «əl-Ləəli» kitabında, İbni Cəvzi «Məvduat»da, Müqəddəsi «Təzkirətul-məvduat»da və Şeyx Məhəmməd bin Dərviş (Huti Beyruti deyə məşhurdur) «Əsnəl-Mətalib» adlı kitabının 183-cü səhifəsində belə yazırlar: «Əbu Bəkr və Ömər cənnət yaşlılarının ağalarıdır» hədisinin ravilərindən biri Yəhya bin Ənbəsədir.

Zəhəbi belə deyir: «Yəhya zəyif ravilərdən biridir. İbni Cani Dəccal da: «O özündən hədis uydurmuş» demişdir. Demək ki, bizimlə bərabər, sizin tədqiqatçı alimləriniz də bu hədisi qəbul etmirlər. Həqiqətən də böyük bir ehtimala Bəkriyyun, ya da Bəni-Üməyyə, Rəsulallahın (s) Əhli-beytini zəif etmək üçün həm sünnilərin, həm də şiələrin qəbul etdiyi Əhli-beytin əzəmət və fəzilətini isbat edən səhih Hər hədisin qarşısında başqa bir hədis uydurmuşlar. Əbu Hüreyrə kimiləri də fasid Bəni-Üməyyə xəlifələrinə yaltağlıq etmək üçün bu işə daima əl-ayaq olmuşlar. Çünki onların Ali Məhəmmədə qarşı böyük bir kin və nifrətləri var idi».



Nəvvab: «Şiə və sünnilərin (Əhli-beytin fəzilətinə aid) qəbul etdikləri hansı səhih və sabit hədis qarşısında başqa bir hədis uydurmuşlar?».

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin