SƏBƏBLƏRDƏ ŞİRK
Gizli şirkin qisimlərindən bir başqası, səbəblərdəki şirkdir. Çünki insanlardan çoxu, səbəb və yaranmışlara ümid bəsləyərək, onlardan qorxur. Bu da şirkdir; amma bağışlanan şirkdir.
Səbəblərdə şirkdən məqsəd budur: Səbəblərin tə´sirlərinin özlərindən olduğuna inanmaqdır. Məsələn, günəşin bir çox şey üzərində tə᾽siri vardır. Əgər bu tə᾽siri onun özündən olduğunu söyləyərək onun yaradıcısından qəflət edilirsə, bu şirkdir. Amma günəş, hakim yaradıcısı tərəfindən feyzi artıran bir vəsilə olaraq qəbul edilirsə, bu əsla şirk deyildir. Əksinə, bu bir növ ibadətdir. Çünki Haqqın ayələrinə (nişanələrnə) yönəlmənin özü, Haqqa yönəlmənin müqəddiməsidir. Qur᾽ani-kərimin bir çox ayəsində «İlahi ayələrə baxın» deyə əmr olunmuşdur. Çünki bu baxışlar, Allaha yönəlmənin təməlini hazırlayır.
Eyni şəkildə (yə᾽ni səbəblərdə şirkin bir başqa şəkli), hər hansı bir səbəbi müstəqil olaraq qəbul etməkdir. Məsələn, tacir ticarətinə, əkinçi əkin sahəsinə, fəhlə işinə, qısası hər hansı bir işə sahib olan kəs o işinə müstəqil gözlə baxarsa, müşrikdir. Amma səbəblərə, «Allahdan başqa heç bir müəssir yoxdur» niyyətiylə baxarsa, bu şirk olmaz.
ŞİƏ HEÇ BİR ŞƏKİLDƏ MÜŞRİK DEYİLDİR
Bu qısa müqəddimədə şirkin əsl, mə᾽naları və əlamətləri bəyan olub aydınlığa qavuşduqdan sonra izn versəniz, bu sözlərimizdən bir nəticə əldə edək. İndi söyləyə bilərsinizmi, şiələr bəyan etdiyimiz bu şirk növlərinin (gizli və aşkar) hansı qrupuna aidilər? Görəsən, hansı alim, ya da avam bir şiənin, Allah-Təbarək və Təalanın zat, sifət və fe᾽llərində şərik qəbul etdiyini, eşidiniz, ya da gördünüz? Görəsən, nəyə əsəslanaraq Allaha ibadət edənlərin başqa bir məbuda tapındığını söyləyirsiniz?
Görəsən, bu şirk növlərindən birini görəsən, şiələrin, usul, füru və əqaid kitablarının hansında oxudunuz və hansı imamından bir rəvayət edildiyini eşitdiniz? Xalqın diqqətini çəkmək və riya etmək kimi şirkin gizli qismi isə, sadəcə şiələrə məxsus deyildir.
Şiə və sünnilərin hamı bu maddi aləmdə dusdaqdır. Elm və mə᾽rifətin olmaması, günahlardan çəkinməmək, bə᾽zən şeytanın hiyləli vəsvəsələrinə uyaraq riya etməyin şiəsi, sünnisi yoxdur. Yenə səbəblərdə qərq olub, Allaha itaət etməmək və şeytana itaət etmək mövzusu da eyni şəkildədir. Belə bir şirkin bağışlanmış olduğunu daha öncə söyləmişdik. Çünki bir az özünə gəlməklə, insan özünü ondan qurtara bilər. Belə isə, nəyə əsəslanaraq şiələrin müşrik olduğunu söyləyir və bilməyənləri də, bu cür öyrədirsiz?!».
Hafiz: «Söylədiklərinizin hamsı doğrudur, amma ərz etdiyim kimi, imamlara təvəssül edib onlardan arzu diləmək şirkdir. Çünki bizim vasitəyə ehtiyacımız yoxdur. Nə zaman Allaha yönəlsək, nəticə əldə edə bilərik».
Də᾽vətçi: «Doğrusu sizin kimi insaflı və düşüncəli bir alimin araşdırmadan, keçmişdəkilərin tə´siri altında qalaraq bunları söyləməsi, təcüblü bir şeydir.
Bəlkə yuxulu idiniz və ya bir az əvvəl söylədiklərimi diqqətlə dinləmədiniz. Yuxarıda mövzunu geniş açıqlamağıma baxmayaraq, yenə də imamlardan bir şey istəmək şirkdir deyirsiniz.
Deyə bilərsinizmi ki, xalqdan bir şey istəmək şirkdir? Əgər belə olarsa, o zaman hər kəs müşrikdir. Heç bir zaman bir müvəhhid tapmaq olmaz. İnsanlardan bir şey istəmək, onlardan yardım diləmək şirkdirsə, nəyə görə peyğəmbərlər insanlardan yardım istəyirdilər? Ağaların həqiqəti görə bilməsi üçün, Qur᾽anın ayələri üzərində bir az daha diqqətli bir şəkildə düşünmələri yaxşı olar.
ASİFİN BİLQEYİSİN TAXTINI HƏZRƏTİ SÜLEYMANIN YANINA GƏTİRMƏSİ
«Nəml» surəsinin 38-40-cı ayələrində Allah-təala belə buyurur: (Elçinin getməsindən sonra Süleyman; «Ey öndə gələnlər! Onlar mənə təslim olub gəlmədən öncə, sizdən kim onun taxtını mənə gətirə bilər?» dedi.
Cinlərdən bir ifrit dedi: «Sən yerindən qalxmamışn, mən onu sənə gətirərəm və şübhə yox ki, mən, əlbəttə e᾽tibar edə biləcək bir gücə sahibəm» dedi.
Kitaba aid bir mə᾽lumata sahib olan dedi ki: «Mən göz qırpımında onu sənə gətirə bilərəm». Elə bu an (Süleyman) taxtı yanında duran vəziyyətdə gördükdə dedi: «Bu, Rəbbimin lütf və ehsanındandır…»
Bilqeyisin o böyük və əzəmətli taxtı, uzun məsəfədən, bir göz qırpımından daha tez bir şəkildə gətirilməsi, aciz məxluqun işi deyildir. Bu işin qeyri-adi bir şey olduğu bəllidir. Həzrəti Süleyman (ə) bu işin əmələ gəlməsi üçün İlahi bir qüdrət lazım gəldiyini bildiyi halda, Allahdan taxtın gətirilməsini istəmədi. Əksinə, onu gətirmək üçün aciz bir məxluqdan yardım istədi. Bilavasitə ətrafında olanlardan o taxtın gətirilməsini istədi. Həzrət Süleymanın (ə) aciz yaranmışlardan belə bir istəkdə olması bunu göstərir ki, yaranmışlardan bir işin etməsini istəmək, mütləq olaraq şirk deyildir.
Allah-təala dünyanı, səbəblər dünyası olaraq yaratmışdır. Şirk qəlbə aid olan bir şeydir. İnsan birindən bir şey istədiyi zaman, onu Allah, ya da Allahın şəriki olaraq görməzsə, ondan istəyini istəməsi əsla şirk sayılmaz. Çünki bu əməl, insanların yanında normal olan şeylərdəndir; çünki insanlar davamlı şəkildə, Allahın adını çəkmədən, ondan bundan yardım istəyilər.
Görəsən xəstə həkimin yanına gedib «Dərdimə bir çarə tap, bu xəstəlik məni öldürəcək» dediyi zaman, bu xəstə müşrikmi olur?! Suda Boğulan bir kəs, Allahın adını çəkmədən insanlardan yardım istədiyi zaman müşrikmi olur?! Zalım bir nəfərə zülm etdiyi halda, o məzlum da məsələn bir mə´murun yanına gedib, «Bu zalımın əlindən məni qurtar» dediyi halda müşrikmi olur?!
Əgər bir oğru, birinin evinə girərək o ev sahibinin can, mal və ya namusuna zərər vermək istərsə və ev sahibi də, dama çıxıb qonşularını köməyə çağıraraq, «Bizi xilas edin» deyərsə, o adam müşrikmi olur?!
Cavab bir-mə᾽nalı şəkildə «xeyir»dir. Ağıl sahibi olan heç bir insan onlara müşrik deməz. Əgər müşrik deyərlərsə, ya cahil, ya da qərəzli insanlardır!
Möhtərəm ağalar, ifrata getməyin. Şiə camaatının hamısı, Ali Məhəmmədə (ə) Allah deyən və ya Ali Məhəmmədi zatda, sifətdə və ya fe᾽llərdə Allaha şərik qoşanları müşrik bilirlər.
Şiələr çətin anlarda «Ya Əli», «Ya Hüseyn» deyirlərsə, bunun mə᾽nası, «Ey Allah olan Əli», «Ey Allah olan Hüseyn» deyildir. Əksinə dünya, səbəblər dünyası olduğu və Allah-təala da işləri səbəblərlə etdiyi üçün Ali Məhəmmədi də qurtuluş, səbəb və vəsilələri etmişdir. Onların vəsiləsiylə Allaha yönəlirlər».
Hafiz: «Nə üçün Allaha arxalanıb istəklərini Ondan istəmirlər? Nə üçün səbəb və vəsilələrin arxasınca gedirlər?».
Də᾽vətçi: «İstəklərimizin həyata keçməsi və dərdlərimizin aradan getməsi mövzusunda Allaha olan diqqətimiz yerindədir. Ancaq səmavi sağlam bir sənəd olan Qur᾽ani-kərim, vəsiləylə Allaha yönəlməmizi və vəsiləylə Onun dərgahına getməmizi özü əmr edir. «Maidə» surəsinin 35-ci ayəsində belə buyurur: «Ey inananlar, Allahdan qorxub çəkinin və (sizi) ona (yaxınlaşdıracaq) vəsilə axtarın».
Dostları ilə paylaş: |