46
Şəkil 2. Hidravlik akkumlyatorun təhlükəsizlik təchizatı.
Laboratoriya işinin planı və yerinə yetirilməsi
Texniki təchizatın siyahısı:
- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım
1
- 4/3 markalı klapan
1
- Bir istiqamətdə axını tənzimləyən klapan
1
- Əks klapanlı elastik boru
1
- İki
təsirli silindr
1
- Təhlükəsizlik təchizatı
ilə birlikdə
akkumlyator
1
- Manometr
1
Laboratoriya işi şəkil 3- də verilmiş sxemə əsasən
aparılır.
47
Şəkil 3. Hidravlik akkumlyatorun dövrəyə qoşulması
sxemi.
Akkumlyatorun maye ilə doldurulması üçün onun
üzərində olan dəstəyi üfiqi vəziyyətə döndərin.
Akkumlyatorda təzyiq dövrənin təzyiqinə bərabər
olduqda, onu dövrədən ayıraraq potensial enerjini
akkumlyatorda toplayırıq. Hidravlik nasos dövrədən
ayrıldıqda hidravlik silindrin hərəkəti adi halda mümkün
deyildir. Bu vəziyyətdə akkumlyatorun yenidən dövrəyə
qoşulması ilə silindrin hərəkətini və ya yükün
qaldırılmasını təmin etmək mümkündür. Sistemə qoşulan
əks klapan mayenin nasosdan keçərək çənə qayıtmasına
imkan verməyəcəkdir.