АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №1, səh. 109-116 (2013)
109
Hipoksiyanın Fundamental Aspektləri və Eksperimental Tədqiq Yolları
E.C. Mehbalıyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti, İnsan və heyvanların fiziologiyası kafedrası, Üzeyr Hacıbəyov
küçəsi, 3, Bakı, Azərbaycan
İcmalda hipoksiya probleminin aktuallığı, onun metodoloji, təcrübi və nəzəri aspektləri, tibbi-bioloji
kompleks tədqiqatlar kontekstində ölkəmizin və xarici tədqiqatçılar tərəfindən əldə edilmiş bir sıra
mühüm təcrübi faktlar müzakirə edilir. Qeyd edilir ki, hipoksiya problemində fundamentallıq
baxımından xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri kimi, hipoksik effektlərin orqanizmin
funksional sistemləri və davranış reaksiyaları səviyyəsində öyrənilməsi və təhlili diqqəti cəlb edən əsas
istiqamətlərdən biridir.
Açar sözlər: xroniki hipoksiya, pre- və postnatal hipoksiya, funksionsal sistem, davranış
Yer üzərində mövcud olan canlı varlıqların
böyük əksəriyyəti havada və suda sərbəst və həll
olunmuş molekulyar oksigendən (O
2
) öz metabolik
və funksional fəallığı üçün daima istifadə etmədən
yaşaya bilməz. İnsan və heyvanların orqanizmində
ekzogen oksigeni toxumalara və hüceyrələrə
mütəmadi olaraq çatdıran bütöv bir spesifik morfo-
funksional və molekulyar zəncirvari sistem və ya
mexanizm (ağciyərlər, qan, hemoqlobin, hüceyrə
membranı kanalları, mitoxondrial metabolik tsikl)
fəaliyyət göstərir. Bu sistem vasitəsilə udulan, da-
şınılan və mənimsənilən O
2
hesabına hüceyrələrin
mitoxondrilərində (enerji bloklarında) baş verən
aerob oksidləşmə-bərpa prosesləri böyük miqdar-
larda ATF-in sintezi ilə nəticələnir. Hesablamalara
görə aerob sintezdə yaranan ATF-in 80-85%-i
qədəri orqanizmdə nativ zülalların və digər makro-
molekulyar birləşmələrin (fermentlər, polipeptidlər,
polinukleotidlər, hormonlar və s.) sintezlərinə, çev-
rilmə və parçalanma (deqredasiya) reaksiyalarına,
beyində oyanma və ləngimə hadisələrinə, skelet və
ürək əzələlərinin yığılıb-boşalma aktlarına, bədəndə
nisbi sabit temperaturuntənziminə sərf olunur
(Колчев и др., 2000; Michiels, 2004). Böyük
həcmdə oksigen orqanizmdə böyümə və inkişaf
prosesləri çox sürətlə getdiyi erkən postnatal mər-
hələdə tələb olunur (Goban, 2006; Mishra et al.,
1999).
Çoxsaylı müşahidə və təcrübələr göstərmişdir
ki, tənəffüs zamanı udulan havada oksigenin azlığı
tənəffüs sistemində, xüsusən də toxuma tənəffü-
sündə, yaranan pozğunluq orqanizmdə oksigen
qıtlığı (oksigen aclığı) kimi çox təhlükəli ekstremal
vəziyyət-hipoksiya və onun daha ağır forması olan
anoksiya halları yaradır (Балан и др., 1998;
Колчев и др., 2000, Александров и др., 2001;
Qazıyev, 2006, 2009).
Biologiya və tibb elmləri sahəsində olan ədə-
biyyatda “hipoksiya” anlayışı altında bir qayda ola-
raq oksigen çatışmazlığının kəskin (qısa müddətli,
birdəfəlik) və xronik (uzunmüddətli, tkrar olunan)
formaları, ekoloji şəraitdə, hər hansı ağır stresogen
və xəstəlik vəziyyətində yaranan tənəffüs
pozğunluğu və onun patogenetik fəsadları nəzərdə
tutulur (Бондаренко и др., 1999; Блинов и др.,
2003; Choi, 1990; Michiels, 2004).
Son 20-30 il ərzində hipoksiya faktoru təd-
qiqatçıların xüsusi marağına səbəb oldu, onu
orqanizmə ağır zədələyici təsir göstərən, bir sıra
hallarda isə ona ölümcül (letal) təsir edən təbii və
süni ekstremal faktorlara aid etdilər. Bioloji
terminologiyada dağ hipoksiyası, aerokosmik
hipoksiya, mədən (şaxta) hipoksiyası, bətndaxili
(prenatal, antenatal) hipoksiya, postnatal hipoksiya
və sair bu kimi anlayışlar sistemi formalaşdı,
nəticədə tibbi-bioloji yönümlü kompleks
tədqiqatlarda ayrıca hipoksiya problemi gündəmə
gəldi (Qazıyev, 2006, 2009; Белехан, Самайлов
1997; Газиев, 1999; Бурых, 2002; Васильев,
2008; Газиев, Мехбалиева, 2004; Александров,
2001; Журавин, 2005; Gaziyev et al., 2008).
Hal-hazırda hipoksiya problemində elmi-təcrü-
bi, nəzəri və praktiki baxımdan mühüm əhəmiyyət
kəsb edən və bir çox tədqiqatçıların –fizioloqların,
biokimyaçıların və klinistlərin nəzər-diqqətini özü-
nəçəkən bəzi məsələlər xeyli aktuallaşmışdır. On-
lardan biri prenatal (bətndaxili) hipoksiyadır.
Ümumidünya Səhiyyə Təşkilatının illik hesabat-
larında göstərilən statistik məlumatlara görə bətn-
daxili hipoksiya nəticəsində döğüş ərəfəsində və ya
doğuş zamanı yaranan asfeksiya ilə əlaqədar olaraq
dünyada hər il onminlərlə körpə tələf olur. Odur ki,
prenatal hipoksiya və perinatal asfiksiya klinisist-
ləri, tibbi biologiya sahəsində çalışan mütəxəssisləri
çox narahat edən, onları daha ciddi, fundamental
xarakterli tədqiqatlara, labrator-diaqnostik müayi-
nələrə və təcrübələrə sövq edən məsələlərdən biri-
dir. İkinci mühüm bir fundamental məsələ postnatal
hipoksiyadır. Məlumdur ki, insan və heyvan orqa-
nizmi müəyyən hallarda və şəraitlərdə oksigen ça-
Hipoksiyanın Fundamental Aspektləri
110
tışmazlığına məruz qalır və bu kimi situasiyalarda
onun homestatik vəziyyəti, həyat fəaliyyəti, dav-
ranışı, həyat uğrunda mübarizə potensiyaları kəskin
şəkildə pozulur. Qeyd olunduğu kimi, orqanizmin
postembrional (postnatal) inkişaf dövrü, xüsusilə də
inkişafın böhran (kritik) mərhələləri oksigenə çox
yüksək həssaslıq və təlabat nümayiş etdirirlər. Bəzi
tədqiqatçıların göstərdiyinə görə, az yaşlı insan və
ya heyvan orqanizmi böyük yaşlı orqanizmə
nəzərən bədən kütləsinin hər vahidi üzrə 1-2 dəfə
çox oksigen, deməli metabolik və funksional enerji
tələb edir (Балан и др., 1998; Колчев и др., 2000).
Təbii və ya süni oksigen qıtlığı inkişafda olan
morfo-funksional sistemləri (sinir, ürək-damar,
endokrin, hərəki və sair. sistemləri) yenicə
formalaşan homeostatik, immun və tənzimləyici
mexanizmləri və başlıca metabolik yolları üçün
daha böyük təhlükə hesab edilir. Postnatal
hipoksiya təhlükəsi yüksək dağlıq zonalarında yaşa-
yan və işləyən insanlar, dərin şaxtalarda (kömür
mədənləri və s.) işləyən fəhlələr, sualtı işlərdə
iştirak edən dalğıclar, yer ətrafı yüksəkliklərdə və
kosmik fəzada uçan aviatorlar və kosmonavtlar,
uzun məsafələrə qaçan atletlər, zəhərli qazlar
mühiti ilə üzləşənlər, resepirator və digər ağır xəs-
təliklərə düçar qalanlar, hamiləliyin son anlarını ya-
şayan qadınlar və yenidoğulanlar üçün mövcuddur.
Qeyd etmək lazımdır ki, istər prenatal, istərsə
də postnatal hipoksiya vəziyyətlərinə fizioloji uy-
ğunlaşma mexanizmləri insan və heyvan orqaniz-
mində məhdud çərçivələrdə, həm də az zaman
müddətlərində mümkündür, bu da bəzən aşkar və
gizli (latent), dönər və dönməz təzadlarla müşayət
oluna bilər. Bir daha onu qeyd etməliyik ki,
hipoksiya problemi ümumən çox ciddi problemdir,
onu hərtərəfli tədqiq etmək məsələsi bu gün də çox
aktualdır. Bu qısa icmalda biz pre- və postnatal
hipoksiyanın bəzi eksperimental və nəzəri
aspektlərini şərh etməyə çalışacayıq.
Prenatal hipoksiyanın tədqiqi məsələləri.
Hipoksiya problemi ilə məşğul olan tədqiqatçıların
prenatal hipoksiyanın təcrübi olaraq öyrənilməsi
məsələsinə böyük əhəmiyyət verir, bu sahədə ən
müxtəlif metodik yanaşmaları və təcrübi modelləri
tətbiq edir, heyvanlarda embriogenezin ayrı-ayrı
mərhələlərində hipoksik təsirin postembrional
inkişaf fazasında təzahür edən effektləri geniş
analiz edilir (Qazıyev və b., 2009; Самойлов,
1985; Бельченко, 2001; Блинов, 2004; Журавин,
2005). Təcrübədə prenatal hipoksiyanın təsir
effektləri adətən boğazlıq dövrünü nisbətən qısa
müddətlərdə (20-30 gün) başa vuran və çox bala
verən labrator heyvanları (siçanlar, ağ siçovullar,
dövşanlar, dəniz donuzları və s.) və onların müxtə-
lif genetik xətləri (cinsləri) üzərində öyrənilir. Təc-
rübə üçün ən məqbul sayılan modellər kimi ya or-
qanizmin bətndaxili inkişafının bütün ardıcıl mər-
həlləri (rüşeym, dölönü və döl inkişafı dövrləri) üz-
rə, ya da ki embriogenezin ən son dövrü (döl in-
kişafı fazası) üzrə hipoksiyanın tətbiqi həyata ke-
çirilir (Qazıyev və b., 2006, 2009; Александров и
др., 2001; Баба-заде, 2012; Васильев и др., 2008).
Təcrübi prenatal hipoksiyanı yaratmaqdan ötrü bir
çox hallarda azot (N
2
) və oksigen (O
2
) qazları
müxtəlif faiz nisbətlərində (N
2
95%:O
2
5%; N
2
93%:O
2
7%; N
2
80%:O
2
20%) olan qaz qarışıq
mühitlərindən istifadə edirlər. Prenatal hipoksiya
üçün təcrübi nöqteyi nəzərdən daha məqsədəuyğun
qazlar qarışığı mühiti N
2
95%:O
2
5% -dən ibarət
mühit sayılır və nəzərə alınır ki, bu halda
hipoksiyanın daha qabarıq effektləri yarana bilər.
Qeyd etməliyik ki, prenatal hipoksik modellərdə
təcrübələr, bir qayda olaraq, daha uzunmüddətlidir,
belə ki, bu məsələlər ilə məşğul olan tədqiqatçı
adətən bətndaxilində hipoksik təsirə məruz qalan və
embriogenezin məlum dövrlərini hipoksiyanın təsiri
şəraitində keçirib doğulan və sonra müəyyən yaş
dövrlərində (10-günlük, 20-günlük, 30-günlük, 40-
45-günlük) olan heyvan balalarında müxtəlif
xarakterli dəyişiklikləri aşkara çıxartmalıdır.
Təcrübi prenatal hipoksiya modellərinin başqa
incə tərəfləri də vardır. Tədqiqatçı əslində hipoksik
təsiri birbaşa boğaz heyvana yönəldir. Bundan ötrü
əvvəlcə o təcrübə (eksperiment) və nəzarət (kont-
rol) üçün nəzərdə tutulan, eyni növdən olan və cinsi
yetkinlik dövrünə çatan labrator heyvanları ayırd
edir, dişi və erkək fərdlər arasında cütləşmənin və
dişidə mayalanmanın nə vaxt baş tutduğunu dəqiq-
ləşdirir, həmin dövrdən etibarən təcrübə üçün
ayırdığı boğaz heyvanı embriogenezin mərhələli
gedişini nəzərə almaqla, xüsusi kamerada bir
müddət hipoksiyaya məruz qoyur. Bu müddət
tədqiqatçının təcrübi məqsədlərindən asılıdır. Bir
sıra təcrübələrdə boğaz heyvanı 5-10 gün
müddətində, gündə 20-30 dəqiqə ərzində, hipoksik
mühit olan barokamerada saxlama modeli tətbiq
edilir. Bəzi təcrübələrdə isə boğaz heyvanı ayrıca
olaraq rüşeym, dölümnü və döl inkişafı dövrlərinə
müvafiq gələn vaxtlarda oksigen çatışmazlığına
məruz qoyurlar.
Hər bir təcrübi prenatal hipoksiya modelində
nəzərdə tutulur ki, əgər ana orqanizm boğazlıq döv-
ründə və ya onun hər hansı bir mərhələsində xronik
olaraq hipoksiyaya məruz qalacaqca, onun keçirdiyi
oksigen çatışmazlığı vəziyyəti bətnində inkişaf
etdirdiyi embriona mütləq təsir göstərməlidir. Belə ki,
plasenta vasitəsilə ana orqanizminin balalığı ilə
birbaşa bağlı olan və tərkibində oksigenin qatılığı çox
az olan ana qanı ilə “nəfəs alan” embrion oksigen
çatışmazlığı faktorunun təsiri altında boy atıb inkişaf
etməyə məhkumdur. Odur ki, bəzi tədqiqatçıların
göstərdiyinə görə, prenatal hipoksiyanı ana
orqanizmin keçirdiyi oksigen çatışmazlığının embrio-
na olan hipoksik təsir – hipoksik hipoksiya kimi də
E.C. Mehbalıyeva
111
xarakterizə etmək olar (Qazıyev və b., 2009;
Самойлов, 1985; Бельченко, 2001; Журавин, 2005).
Belə təsəvvür mövcuddur ki, bətndə inkişaf
edən embrionda və ya döldə müxtəlif toxuma və
üzvlər, morfo- funksional sistemlər sürətlə təşəkkül
etdiyindən, hüceyrə populyasiyaları intensiv olaraq
differensasiya və ixtisaslaşmaya məruz qaldığından,
plastik mübadilə -sintez, çevrilmə, bərpa, struktur-
laşma və funksional hazırlıq prosesləri gün-bəgün
artdığından, onun oksigenə, daha doğrusu qazlar
mübadiləsinə olan tələbatları da çox yüksəkdir və
oksigen çatışmazlığı hallarına olduqca həssasdır
(Балан и др., 1998; Бельченко, 2001; Блинов и
др., 2004; Журавин и др., 2005; Лунец и др.,
1980). Hesab edilir ki, embrionda oksigen çatış-
mazlığı hallarına qarşı dözümlülük, uyğunlaşma-
müdafiə potensiyaları da zəif inkişaf etmişdir.
Müəyyən edilmişdir ki, xüsusilə döl dövründə pre-
natal hiöoksiya hallarında ana qanının eritrositlərin-
də hətta azacıq oksigenə çox yüksək hərislik göstə-
rən və onu tezliklə dölün toxumalarına çatdıran
yeni invariant hemoqlobin formaları (β-hemoqlo-
binlər) sintez olunur ki, bu yolla ana-döl əlaqələri
dölü oksigen qıtlığından, zədələyici prenatal hi-
poksik təsirdən müəyyən dərəcədə qoruyur
(Хочачка и др., 1977).
Рrenatal hipoksiyanın inkişafda olan
orqanizmə çoxtərəfli təsirinin öyrənilməsində ilk
növbədə baş beyində, onun ultrastrukrasında, bio-
potensial fəallığı, neyromediasiya və sinaptik
prosesləri və metabolik sferasında baş verən
dəyişikliklər araşdırılır. Bu da başa düçşülən və
tamamilə düzgün təcrübi və nəzəri yanaşmadır, ona
görə ki, orqanizmdə oksigeni ən çox tələb edən
orqanlardan biri, bəlkə də ən başlıcası, baş beyindir.
Orqanizmdə bir sıra həyati vacib proseslər (tənzim-
ləmə, idarəetmə, sürətləndirmə, refleksiya, koordi-
nasiya, inteqrasiya, uyğunlaşma, davranış və s.)
əsas etibarilə baş beyninin funksiyalarına aiddir və
onun nəzarəti altında həyata keçir. O ki, qaldı
beynin emosional-motivasion, psixofizioloji və psi-
xoloji proseslərdəki rolu, bu hamıya məlumdur.
Odur ki, hipoksiya probleminin ümumi kontekstin-
də baş beyinə olan maraq olduqca böyükdür, bu
səbəbdən də burada biz əsasən prenatal hipoksiya-
nın təsirindən sonra doğulan və erkən postnatal bö-
yümə və inkişaf prosesində olan heyvan balalarının
baş beyninin toxumalarında, ayrı-ayrı makrostruk-
turlarında və subhüceyrə səviyyələrində baş verən
mühüm metabolik və funksional əhəmiyyətli dəyi-
şikliklərə toxunacayıq.
Beyində fermentlərin və ferment kompleksləri-
nin fəallığının öyrənilməsi hipoksiya problemində
təcrübi və nəzəri baxımdan çox maraqlı və xüsusi
bir aspekt təşkil edir. Qeyd edilməlidir ki, bu as-
pektdə çox qiymətli tədqiqatlar aparılıb, bizim ney-
rokimyaçıların da burada qazandıqları təcrübi və
nəzəri uğurlar təqdirə layiqdir.
Məlum olduğu kimi, istənilən canlı toxumada,
o cümlədən beyin toxumalarında, fermentlər (en-
zimlər) üzvü maddələrin istər sintezi və çevrilməsi,
istərsə də parçalanması və resintezi reaksiyalarını
həyata keçirən, metabolik və molekulyar prosesləri
tənzimləyən əsas mexanizmlərdən biridir. Burada
diqqəti cəlb edən bir neçə mühüm məsələni qeyd
etmək vacibdir. Onlardan biri budur ki,
orqanizmdə, o cümlədən verilmiş toxuma və ya
orqanda oksigen çatışmazlığı fermentlərin (ferment
zülallarının) sintezini nə dərəcədə pozur. Digər
məsələ, həmin şəraitdə fermentlərin fəallığında və
fermentativ proseslərin gedişində yarana biləcək
dəyişikliklər toxumanın ümumi metabolizmini və
funksiyalaşmasını hansı istiqamətə yönəldir. Və
nəhayət, ferment sistemlərində, ayrıca bir və ya bir
neçə fermentin tənzimlədiyi metabolik prosesdə
hipoksiyanın törətdiyi kəskin dəyişikliklər nə
müddətə qədər davam edə bilər. Bu kimi məsələlər
ətrafında gedən müzakirələrdə bəzi zidiyyətlər
mövcuddur, amma əksər tədiqatçılarda belə bir
təsəvvür formalaşıb ki, xronik prenatal oksigen
çatışmazlığı halları ilə əlaqədar olaraq postnatal
dövrdə fermentlərin fəallığında və fermentativ
proseslərdə baş verən dəyişikliklərin çoxusu nisbə-
tən neqativ xarakterli və uzunmüddətli ola bilər
(Abbasova, 2006; Məmmədxanova, 2012;
Yolçiyeva və b., 2012; Aббасова, 2007; Белехан и
др., 1997). Təcrübələrdə daha çox aminotrans-
ferazaların, sintetazaların, fosfatazaların, fosfori-
lazaların, dehidogenazaların, oksidazaların, perok-
sidazaların, pirovat və heksokinazaların fəallığı
daha geniş öyrənilmişdir. Bir neçə konkret işdə bu
məsələ üzrə əldə edilmiş faktlara müraciət edək və
onu da vurğulayaq ki, bizim tədqiqatçılarımızın
təcrübi işlərində də belə faktlar yetərincədir. Bəzi
tədqiqatlardan məlum olur ki, prenatal hipoksiyanın
təsirindən siçovulların 1- aylıq balalarının baş beyin
qabığı, beyincik, hipotalamus, orta və uzunsov
beyinin toxuma, sitozol və mitoxondri səviyyə-
lərində, alanin- və aspartataminotransferaza kimi
fermentlərin ümumi fəallığı kontrola nisbətən xeyli
yüksəkdir. 3-aylıq yaşda isə bu göstəricilər kəskin
sürətdə aşağı düşür (Yolçiyeva, 2012; Abbasova,
2006; Елчиева, 2003). Bu faktlar göstərir ki, pre-
natal hipoksiyaya məruz qalmış heyvan orqaniz-
minin beyin toxumasında bəzi fermentativ proseslər
xeyli sürətlənir, bu da əsasən energetik, plastik və
sinaptik mexanizmlərə işləyən metabolik zənzir-
lərdə baş verir (Rəşidova, 2011; Блинов и др.,
2003; Баба-заде, 2012; Белехан и др., 1997).
Məlumdur ki, ali məməlilərin mərkəzi sinir
sistemində neyronlararası sinaptik əlaqələrdə im-
pulsların ötürülməsi daha çox kimyəvi mediasiyaya
əsaslanır və bu proseslərdə asetilxolin, serotonin,
noradrenalin, dofamin, qlutamat, QAYT və bəzi
Hipoksiyanın Fundamental Aspektləri
112
polipeptid təbiətli neyromediatorlar fəal iştirak edir-
lər. Hesab edilir ki, neyromediativ maddələr beynin
bir sıra mühüm funksiyalarının, o cümlədən yaddaş,
təlim, koqnitiv proseslərin reflektor və davranış
reaksiyalarının həyata keçməsini təmin edən əsas
vasitələrdən biridir. Prenatal hipoksiya zamanı ne-
yromediatorların metabolizmi haqqında xeyli ma-
raqlı faktlar əldə edilmişdir.
Mərkəzi sinir sistemi toxumalarının xolinergik,
serotoninergik, adrenergik, dofaminergik, qlutamat-
ergik, bəzi halarda isə QAYT ergik və peptidergik
sistemləri hipoksiyatəsirinə daha həssasdırlar
(Граф, 2005; Кривощеков, 1998; Мехбалиева,
2004; Burfon, 2000; Stanimirovic, 2001). Bizim
tədqiqatlarımızda belə bir mühüm fakt aşkara çı-
xarılmışdır ki, dölönü və döl mərhələlərində prena-
tal hipoksiyadan sonra 15, 21 və 30-günlük siçovul
balalarında baş beyninin strukturları (görmə qabığı,
sensomotor qabıq, limbik qabıq, hipotalamus, be-
yincik) üzrə neyromediator xassələri olan mono-
aminlərin paylanması normaya nisbətən ayrı mən-
zərə kəsb edir, xüsusən də noradrenalin və seroto-
nin fondları daha kəskin dəyişikliklərə uğrayırlar
(Мехбалиева 2004; 2009).
Pre– və postnatal hipoksiyanın baş beyin bö-
yük yarımkürələri qabığında və qabıqaltı struktur-
larda (hippokamp və digər bazal neyron şəbəkələri)
ritmik biopotensial dalğalarının spektrinə (alfa, -
beta, -teta, - və delta ossilyasiyalara) və onun sinx-
ron təzahürlərinə təsirinin öyrənilməsi də ümumi
hipoksiya problemində əsas məsələlər sırasına da-
xildir. Bu istiqamətdə çoxsaylı tədqiqatlar aparılmış
və davam edir. Tədqiqatlar nəticəsində məlum ol-
muşdur ki, prenatal hipoksik faktor baş beyin qabı-
ğının bioelektrik fəallığında, onun spektral tərki-
bində, ritmik bioelektrik dalğalarının sinxron təza-
hürlərində və eləcə də tezlik-amplitud göstəricilər-
ində dayanıqlı dəyişikliklərə səbəb olur (Qazıyev,
2006, 2009; Rəhimli, 2008; Александров, 2001;
Бурых, 2002; Кривощеков, 1998; Самойлов,
1985; Lipton, 1999). Nəhayət, prenatal hipoksiya
ilə əlaqədar olaraq tədqiqatçıları maraqlandıran bir
məsələni də burada qeyd etmək lazımdır. Bu, pre-
natal hipoksiyanın heyvanın davranış reaksiyalarına
təsiri məsələsidir. Prenatal hipoksiya zamanı mü-
rəkkəb, emosionallıqla köklənən, sensitiv, koqnitiv
və reflektor xarakterli bir sıra davranış reaksiyaları
pozula bilər, bu halda bəzi davranış aktları, mo-
tivasiya reaksiyaları şiddətlənir, heyvanda özünü
aparma qaydaları və hərəki refleksiyalar gözlə-
nilməz plato ilə inkişaf edir (Блинов, 2003;
Ватаева, 2001; Журавин, 2005; Buralda, 1995).
Bizim apardığımız tədqiqatlarda müəyyən
edilmişdir ki, boğazlıq dövrünün ayrı-ayrı
mərhələlərində xronik hipoksiyadan sonra doğul-
muş siçovullarda passiv özünü müdafiə refleksi,
qruminq, rearinq, yerində donub qalma kimi dav-
ranış reaksiyaları normadakına nisbətən fərqli xü-
susiyyətlər kəsb edir. Heyvanda bəzi hərəkətlərin
latent dövrü azalır, qısa müddətli yaddaş prosesi
güclənir, təlim alma qabiliyyəti gərgin emosio-
nallıqla müsayət edilir (Mehbalıyeva, 2004, 2009).
Prenatal hipoksik ensefalopatiyalar ilə doğulan
uşaqlarda ilkin davranış reaksiyaları bir sıra
hallarda çətinliklə icra olunur, bu da orqanizmdə
aydın nəzərə çarpan psixi və psixofizioloji gərgin-
likdən xəbər verir (Балан, 1998; Бондаренко,
1999; Vannucci, 2000). Belə təsəvvür yaranır ki,
biz hələ prenatal və ya postnatal hipoksiyanın
davranışda doğurduğu pozuntular, onların
mexanizmləri haqqında az məlumatlıyıq, bu sahədə
tədqiqatların və dərinləşdirilməsi hipoksiya prob-
lemində daha önəmli məcələlərdən biri sayıla bilər.
Postnatal hipoksiyanın tədqiqi məsələləri.
Bu, daha geniş mövzudur, onun fizioloji, biokim-
yəvi, ekoloji və genetik aspektlərindən daha çox
tibbi, klinik aspektləri böyük əhəmiyyət kəsb edir
və ümumi hipoksiya problemində ümumləşdirici,
yekunlaşdırıcı, mühüm nəzəri və praktik mahiyyəti
olan çoxtərəfli məsələrdən biridir.
Postnatal hipöoksiya, başqa sözlə, orqanizmin
doğulandan sonrakı fərdi həyatda, postnatal onto-
genezdə, müxtəlif şəraitlərdə (məişətdə, iş yerlərin-
də, ekoloji mühitdə, müəyyən patoloji vəziyyətlərdə
və s.) oksigen çatışmazlığına məruz qalması,
prenatal hipoksiya ilə müqayisədə daha geniş
yayılmış hipoksik faktordur, onunla üzləşmək hər
bir heyvan və insan orqanizm üçün gözlənilən, çox
ehtimal olunan haldır, onunla bağlı tədqiqatlar isə,
bizim nəzərimizcə daha aktual hesab edilə bilər.
Təcrübi postnatal hipoksiya modelləri çoxdur
və müxtəlifdir. Bu modellərdə hipoksiyanı yarat-
maq üçün tətbiq edilən eksperimental fiziki-kim-
yəvi şəraitlər (oksigeni az olan qaz mühitlərindən
istifadə etmə variasiyaları), təcrübi heyvanın növü,
cinsi, yaşı, fizioloji vəziyyəti, davranış kontinumu
və digər bioloji xarakteristikaları nəzərdə tutulur.
Tədqiqatçı təyin etmək istədiyi fizioloji, biokimyə-
vi, morfometrik, uktrastruktur və sistem xarakterli
parametri (və ya parametrləri) seçdiyi modeldən ya-
xud təcrübi yanaşmadan asılı olaraq müəyyənləş-
dirmək məcburiyyətindədir və onu daha məzmunlu
tədqiqat işlərini aparmağa sövq edir.
Qeyd etdiyimiz kimi, hipoksiya problemində
çox mühüm bir tədqiqat istiqaməti kimi baş beyində
və onun fəaliyyəti ilə əlaqədar olan neyrofizioloji,
neyrokimyəvi və neyromorfoloji proseslərdə hi-
poksik faktorun doğulduğu dəyişikliklərin öyrənil-
məsi istiqaməti nəzər diqqəti daha çox cəlb edir,
postnatal hipoksiyanın təsiri məsələlərində də bu
istiqamətlərə önəm verilməsini biz daha əhəmiyyət-
li hesab edirik.
Eksperimental pre- və postnatal xronik hipok-
siya zamanı erkən yaşlarda baş beynin yeni qabıq
E.C. Mehbalıyeva
113
(neokorteks) formasiyasının, hippokampın və digər
bazal nüvələrin (qanqlilərin) sinir toxumasının
təşəkkülü proseslərinin xeyli dərəcədə pozulduğu
fakt aşkar olunub (Васильев, 2004, 2008;
Журавин, 2005). Bu kimi hallar, artıq qeyd
olunduğu kimi, xronik və ya kəskin prenatal
hipoksiyadan sonra yenidoğulmuşların və erkən
yaşda olanların baş beyin toxumalarında müsahidə
edilib. Baş beyninin neyronlarında fizioloji (bio-
elektrik, sinaptik) fəallığın azalması, onların arasın-
da tələf olma (apaptoz) hallarının artması postnatal
hipoksiya üçün də xarakterik effekt sayılır
(Boutilier, 2000; Buralda, 1995; Lebiand, 1989).
Kəskin eksperimental postnatal hipoksiya hey-
vanın beynində qan dövranı ilə bioelektrik fəallıq
arasındakı qarşılıqlı təsir dinamikasını dəyişdirir,
bioritmik potensiallarda desinxronlaşmanı artırır
(Бурых, 2002; Лунец, 1980), beynin metabolik
sferasında, fermentlərin fəallığında və fermentativ
proseslərdə, beynin struktur bölgüsündən və
heyvanın yaşından, deməli beynin inkişaf
dərəcəsindən asılı tendensioz dəyişikliklər yaradır
(Rəşidova, 2011; Хаирова, 2009). Hipoksiyanın
beyində fizioloji fəal maddələrin (neyropeptidlərin,
neyrohormonların və s.) sintezi, daşınılması və
depolaşması proseslərinə göstərdiyi təsirləri
haqqında maraqlı faktlar əldə edilmişdir (Gingrass,
1988; Mishra, 1999; Stanimirovic, 2001).
Xronik eksperimental, postnatal hipoksiya za-
manı baş beyində adrenergik, xolinergik, qlutamat-
ergik və QAYTergik mexanizmlərin bəzi kompo-
nentləri, xüesusilə də molekulyar reseptor və sinap-
tik vəsilələrinin fəaliyyəti, neyronların sensor siq-
nallara cavab reaksiyaları bir sıra hallarda pozulur
və bu dayanıqlı xarakter kəsb edə bilər (Boutilier,
2000; Burfon, 2000; Vannucci, 2000). Uzun
müddətli postnatal oksigen çatışmazlığı beyində ok-
sigen gərginliyinin fizioloji və molekulyar
özünütənzimləmə mexanizmləri respirator
siqnalların güclənməsinə gətirib çıxaran reflektori
reaksiyaları işə salır (Bicher 1974, Stanimirovic
2001), beyində oksigen çatışmazlığına rezistentlik
və uyğunlaşma reaksiyalarının təminatı prosesləri
metabolizm səviyyəsindən başlayaraq ali sinir
fəaliyyəti səviyyəsinədək olan bir sıra sinir
mexanizmləri fəaliyyətə gətirir.
Sonda onu xüsusilə qeyd etməyi vacib hesab
edirik ki, hipoksiya probleminin eksperimental yol-
la, istər prenatal hipoksiya, istərsə də postnatal hi-
poksiya timsalında, tədqiqi məsələləri konkret fi-
zioloji və biokimyəvi və ola bilsin konkret mor-
foloji göstərici (və ya göstəricilər) səviyyəsindən
bütöv funksional sistemlər və sistemlərarası qaşı-
lıqlı əlaqə və təsirlər səviyyəsinə qaldırılmalıdır.
Yalnız bu halda biz hipoksik faktorun vahid orqa-
nizm səviyyəsindən ən mühüm effektlərininin hər-
tərəfli öyrənilməsinə nail ola bilərik. Bu istiqamət-
də yeni tədqiqatların aparılması bizim tədqiqatçı-
larımız üçün də çox vacib bir məsələdir.
ƏDƏBİYYAT
Abbasova M.T. (2006) Aspartataminotransfera-
zanın prenatal embriogenez dövründə kəskin
hipoksiyaya məruz qalmış ağ siçovulların baş
beyninin müxtəlif strukturlarının toxumasında
erkən postnatal ontogenezdə fəallığı. A.İ.Qarayev
adına Fiziologiya institutunun və Azərbaycan
Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin
külliyatı, XXIV: 19-25.
Qazıyev A.Q., Abdulkərimova S.L., Fərəcov
Ə.H. və b. (2006) Boğazlıq dövründə hipoksiyaya
məruz qalmış dovşanların 30 günlük balalarında
baş beyin, limbik və görmə qabıq nahiyəsinin
bioelektrik fəallığı. A.İ.Qarayev adına Fiziologiya
institutunun və Azərbaycan Fizioloqlar Cəmiyyəti-
nin elmi əsərlərinin külliyatı, XXIV: 175-182.
Qazıyev A.Q., Hüseynov Ə.H., Məmmədov X.B.,
Əliyev A.X. (2009) Prenatal ontogenezin müxtəlif
dövrlərində aparılmış hipoksiyanın 10 günlük
dovşan balalarında eşitmə qabığının EEQ-ə təsiri.
A.İ.Qarayev adına Fiziologiya institutunun və
Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi
əsərlərinin külliyatı, XXVII: 122-125.
Mehbalıyeva E.C. (2004) Prenatal hipoksiyanın
siçovullarda postnatal ontogenezdə davranış
reaksiyalarına təsiri.
A.İ.Qarayev adına
Fiziologiya institutunun və Azərbaycan
Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin
külliyatı, XXII: 131-138.
Mehbalıyeva E.C. (2005) Prenatal hipoksiyanın
postnatal ontogenezdə siçovullarda passiv qaçma
özünümüdafiə refleksinə
təsiri.
AMEA
aspirantlarının elmi konfransının materialları,
Bakı, Elm: 102-103.
Mehbalıyeva E.C., Fərəcov Ə.N., Qazıyev A.Q.
(2007) Fərdi inkişafın prenatal dövründə hipok-
siyaya məruz edilmiş 15-20 günlük siçovullarda
şərti reflektor fəaliyyət və baş beyin
strukturlarında serotoninin miqdarının dinamikası.
Sağlamlıq (elmi-praktik jurnal), № 6: 108-113.
Məmmədxanova V.V. (2012) Mayalanma zamanı
xroniki hipoksiyaya məruz qalmış ağ siçovulların
baç beyinin müxtəlif strukturlarında Q-6-FD
fermentinin fəallığı. A.İ.Qarayev adına Fizio-
logiya institutunun və Azərbaycan Fizioloqlar Cə-
miyyətinin elmi əsərlərinin külliyatı, XXX: 117-
122.
Rəhimli V.M. (2008) Embiriogenezin müxtəlif
dövrlərində hipoksiyaya məruz edilmiş 20 günlük
dovşan balalarının görmə qabığının müxtəlif
qatlarında bioelektrik aktivlik. A.İ.Qarayev adına
Fiziologiya institutunun və Azərbaycan
Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin
külliyatı, XXVI: 260-262.
Hipoksiyanın Fundamental Aspektləri
114
Rəşidova A.M. (2011) Kəskin hipoksiyaya məruz
qalmış ağ siçovullarda baş beynin müxtəlif
strukturlarının subfraksiyalarında pirovatkinaza
fermentinin fəallığının dəyişmə dinamikası. A.İ.
Qarayev adına Fiziologiya institutunun və Azər-
baycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin
külliyatı, XXIX: 110-123.
Yolçiyeva N.Y., Ağayev T.M. (2012) Prenatal
ontogenezin erkən mərhələsində hipoksiyaya
məruz qalmış siçovulların beynində qlutation re-
duktaza və qlutation peroksidaza fermentlərinin
fəallığı.
A.İ.Qarayev adına Fiziologiya
institutunun və Azərbaycan Fizioloqlar Cəmiy-
yətinin elmi əsərlərinin külliyatı, XXX: 149-153.
Акмаев И.Г. (1996) Современные представ-
ления о взаимодействии регулирующих сис-
тем: нервной, эндокринной и иммунной. Успе-
хи физиологических наук, 27(№1): 3-20.
Александров М.В., Иванов А.О., Косенков
Н.И.,
Луцык
М.Л. (2001) Влияние
гипоксической гипоксии на спонтанную
активность
головного
мозга
человека.
Физиология человека, 27(№6): 58-62.
Баба-заде С.Н. (2012) Влияние хронической
гипоксии, перенесенной во время зачатия на
активность гексокиназы в различных участках
головного мозга белых крыс в постнатальном
онтогенезе. Тр. Института Физиологии имени
А.И.Караева
и
Общества
Физиологов
Азербайджана, ХХХ: 177-181.
Балан П.В., Маклакова А.С., Крушинская
Я.В. и др. (1998) Сравнительный анализ
устойчивости к острой гипоксии новорож-
денных и взрослых экспериментальных живот-
ных. Акушерство и Гинекология, №3: 20-23.
Белехан Е.А., Самайлов М.О. (1997) Влияние
асфиксии на активность аденилатциклазы в
коре головного мозга кошки. Бюллетень
экспериментальной биологии и медицины,
124(№8): 131-134.
Бельченко Л.А. (2001) Адаптация человека и
животных к гипоксии разного происхождения.
Соросовский
Образовательный
журнал,
18(№3): 212-215.
Блинов Д.В., Лебедев С.В., Чехонин В.П. и др.
(2003) Изменение высшей нервной деятель-
ности у крыс с перинатальным гипоксиически-
ишемическом поражением ЦНС. Российский
психиатрический журнал, №6: 9-13.
Бондаренко
Е.С.,
Зыков
В.П. (1999)
Перанатальная гипоксическая энцефалопатия.
Русский медицинский журнал, №4: 8-12.
Бурых Э.А., Нестеров С.В., Сороко С.И.,
Волков Н.Ю. (2002) Взаимоотношение дина-
мики мозгового кровотока и биоэлектрической
активности мозга при острой эксперименталь-
ной гипоксии. Физиология человека, 28(№6):
24-31.
Васильев Д.С., Туманова Н.А., Журавин И.А.
(2008) Структурные изменения в нервной
ткани новой коры в онтогенезе крыс после
гипоксии на разных сроках эмбриогенеза.
Журнал эволюционной биохимии и физио-
логии, 44(№3): 258-267.
Васильев С.Д., Туманова Н.Л., Озирская Е.В.,
Журавин И.А. (2004) Прентальная гипоксия
нарушает формирование нервной ткани
базальных ганглиев мозга в онтогенезе.
Российский физиологический журнал имена
И.М.Сеченова, №8: 159-164.
Ватаева Л.А., Костюкин В.Б., Масухина Г.В.
(2001) Поведение в «Открытом поле» у самок
и самцов крыс, подвергавшихся действию
гипоксии в различные сроки пренатального
периода развития. Доклады РАН, №1: 125-127.
Газиев А.Г. (1999) 30-летний итог проведенных
сотрудниками лаборатории «Сравнительной и
возрастной
физиологии
анализаторов»
исследовании,
посвященных
механизму
регуляции висцеральной афферентации в
онтогенезе. В кн.: История развития
физиологической науки в Азербайджане.XX
век: 127-136
Газиев А.Г., Мехбалиева Э.Дж. (2004) Влияние
антенатальной гипоксии на реализацию рефлекса
пассивного избегания у крыс в раннем периоде
постнатального онтогенеза. В кн.: Механизмы
синаптической передачи. Москва: 59.
Граф А.В., Маслова М.В., Макланова А.С. и
др. (2005) Антенатальная острая гипоксия на
разных
стадиях
эмбриогенеза
изменяет
паттерны и уровень биоаминов у потомства.
Российский физиологический журнал имени
И.М.Сеченова, 91(№2): 152-157.
Елчиева Н.Я., Меджидова Е.М. (2003) Динамика
изменения активности фермента глутатион-
пероксидазы в структурах мозга под действием
гипоксии у крыс разного возраста. Тр. Инс.-та
Физиологии им. А.И.Караева и Азербайджанско-
го Физиологического Общества, XXVI: 260-
263.
Журавин И.А., Васильев Д.С., Дубровская
Н.М. и др. (2005) Гипоксия в период
эмбриогенеза
нарушает
формирование
когнитивных функций мозга в онтогенезе млеко-
питающих. Мат. Межд. симп. «Механизмы
адаптивного
поведения».
Санкт-Петербург,
Колтуши: 32-33.
Колчев А.И., Коровин А.Б. (2000) Гипоксия
органов и систем. В кн.: Гипоксия: адаптация,
патогенез, клиника. М., Медицина: 189-214.
Кривощеков С.Г., Ройфман М.Д., Диверп
Г.М. и др. (1998) Системные реакции и
центральные механизмы регуляции при
E.C. Mehbalıyeva
115
адаптации к холоду и гипоксии. Вестник АМН
СССР, №9: 42-55.
Ленинджер А.Л. (1985) Основы биохимии. М.,
Мир, 2: 403-433.
Лунец Е.Ф., Маслова Г.Т., Васильева Л.П.,
Полюкович Г.С. (1980) Влияние кислородной
недостаточности на некоторые компоненты
адренергической и холинергической систем
головного мозга. В кн.: Физиология и биохимия
медиаторных процессов. М.: 124.
Мехбалиева Э.Дж., Газиев А.Г. (2004) Вли-
яние антенатальной гипоксии на реализацию
рефлекса пассивного избегания у крыс в
раннем периоде постнатального онтогенеза.
Мат. Всеросс. Конф. «Механизмы синапти-
ческой передачи». М.: 59.
Мехбалиева Э.Дж., Газиев А.Г. (2009)
Динамика концентрации серотонина в струк-
турах
мозга
крысят
раннего
периода
постнатального развития в норме и после
влияния пренатальной гипоксии. Известия АН
Грузии, сер. биол. наук, 35(№5-6): 375-382.
Самойлов М.О. (1985) Реакция нейронов мозга
на гипоксию. Ленинград, Наука: 190 с.
Сороко С.И., Бурых Э.И. (2004) Внутри-
системные и межсистемные перестройки
физиологических параметров при острой
экспериментальной гипоксии. Физииология
человека, 30(№2): 58-66.
Хаирова В.Р. (2009) Влияние гипоксии на
активность глутаминсинтетазы в головном
мозге крыс в постнатальном онтогенезе. Тр.
Института физиологии имени А.И.Караева и
Общества Физиологов Азербайджана, XXVII:
289-292.
Хочачка Т., Самеро Дж. (1977) Стратегия
биохимической адаптации. М., Мир: 44-45, 83-
92, 361-364.
Bicher H.I. (1974) Brain oxygen autoregulation a
protective refleks to hypoxia. Microvasc. Res.,
8(Nо 3): 291-298.
Bolduini W., Angelis V., Mazzoni E. (2000)
Long-lasting behavioral alterations following a
hypoxia. Ischemic brain injury in neonatal rats.
Brain Res., No 8: 318-325.
Boutilier R.G., Pierre J. (2000) Surviving hypoxia
without real by dying. Inter. Physiol., 126(No 4):
481-490.
Buralda B., Nyakas C., Vosselman H.J. Luiten
P.G. (1995) Effects of early postnatal anoxia on
adult learning and emotion in rats. Behav. Brain
Res., 67: 85-90.
Burfon M.D., Kazemi H. (2000) Neuro-
transmitters in central respiratory control. Respir.
Physiol., 122(1-2): 111-121.
Choi D.W. (1990) Cerebral hypoxia: same new
approaches and unanswered questions. J.
Neurosci,, No 10: 2493-2501.
Gaziyev A.G., Ferhadi N, Aliyev A.H. (2008) The
role of pineal gland on blood glucose in rabbit
pups was born from hypoxic mothers. J. Biol.
Environ. Sci., 2(6): 73-76
Gingrass J.L., Long W.A. (1988) Chronic
maternal hypoxia: effect of mid gestational
material on met-encephalin concentrations within
pre- and postnatal rabbit brainstem regions. Devel.
Neurosci., 10(3): 180-189.
Goban H., Huleihel M. (2006) The effect of
prenatal hypoxia on brain development: short-and
long term consequences demonstrated in rodent
models. Dev Sci., 9(4): 338-349.
Lebiand J., Krujevic K. (1989) Hypoxic changes
in hippocampus neurons. J. Neurophysiol., No 1:
1-14.
Lipton P. (1999) Ischemic cell death in brain
neurons. Physiol. Rev., 79: 1431-1448.
Michiels C. (2004) Physiological and pathological
responses to hypoxia // J. Pathol., N 6, p. 1875-
1882.
Mikati M.A., Zeinieh M.P., Kurdi R.M. et al.
(2009) Longterm effects of acute and of chronic
hypoxia on behavior. Brain Res., 157: 98-102.
Mishra O.P., Delhoria M. (1999) Cellular
mechanisms of hypoxic injury in the developing
brain. Brain Res. Bull., 48: 233-238
Stanimirovic D.B. (2001) Inflammatory activation
of brain celes by hypoxia: transcription factors
and signaling pathways. Inflammation and Stroke,
Basel: 101-111.
Vannucci R.C. (2000) Hypoxic-ischemic
encephalopathy. Am. J. Prenatal., 17(3): 113-
120.
Hipoksiyanın Fundamental Aspektləri
116
Фундаментальные Аспекты Гипоксии И Пути Их Экспериментального Исследования
Мехбалиева Э.Дж.
Азербайджанский государственный педагогический университет
В обзоре обсуждены актуальности проблемы гипоксии, ее методологические, экспериментальные и
теоретические аспекты, контексте медико-биологических комплексных исследований и некоторые
важные данные, полученных в этой области. Отмечено, что изучение пренатальных и постнатальных
гипоксических эффектов разными аналитическими путями имеет более важное научное значение.
Считается, что в проблеме гипоксии с точки зрения фундаментальности особо актуально изучение и
анализ гипоксических эффектов на уровне функциональных систем и поведенческих реакций
организма.
Fundamental Aspects Of Hypoxia And The Ways Pilot Study
E. S. Mehbalieva
Azerbaijan State Pedagogical University
In the present study a general discussion of the actuality of hypoxia, its methodological, experimental and
theoretical aspects, main directions in the settling of the problem from medico biologic complex studies
standpoint and some important data obtained in this field are presented. It is consideral that in the problem
of hypoxia, studying and analysis of hypoxic effects at the levels of functional systems and behavioural
reaktions of the whole organism are of special actuality.
Dostları ilə paylaş: |