Hissi reseptorların iki tipinin sxematik forması Hissi reseptorlar


Spesifik olmayan yuxarı qalxan yollar



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix19.05.2023
ölçüsü1,18 Mb.
#116926
1   2   3
analizator 2

Spesifik olmayan yuxarı qalxan yollar ümumi məlumatlar 
daşıyır. Yuxarı qalxan neyron müxtəlif qıcıqlar tərəfindən 
(təzyiq, isti, soyuq) aktivləşdirilən bir çox afferent neyrondan 
gələn qıcıqlara cavab verə bilir. Bu neyronlar polimodal 
neyronlar adlanır.
xudiyevorxan@mail.ru


Somatik reseptorlar dəri, skelet əzələsi, sümük və vətərlərdən 
gələn məlumatı daşıyırlar. Bu məlumatlar somatosensorial 
korteksə gedir. Somatosensor korteks parietal və frontal payları 
bir-birindən ayıran mərkəzi sulkusun arxasında yerləşir. 
Gözlərdən gələn spesifik yuxarı qalxan yollar oksipital payda 
yerləşən, primer kortikal alıcı sahə olan görmə korteksinə 
bağlanır. Qulaqdan gələn spesifik yuxarı qalxan yollar temporal 
payda yerləşən eşitmə korteksinə gedir. Dad tumurcuqlarından 
qalxan yollar, üzdən gələn məlumatın analiz edildiyi 
somatosensor korteksə bitişik olan dad korteksinə gedir.
Qoxu yolları limbik sistem və frontal payla temporal payın alt 
hissəsindəki qoxu korteksinə gedir.
Kortikal assosiasiya sahələri hissi sahələrin bölümü deyil, amma gələn məlumatın daha aydınlaşdırılmasında rol oynayır. 
Birincil hissi sahələrin kənarlarında qalan sahələr məlumatı daha qarışıq yollarda analiz edir. Beyinin oyanıqlıq, diqqət, 
yaddaş və dil qabiliyyəti ilə əlaqədar bacarıqlar bu sahələrdə analiz edilir.
xudiyevorxan@mail.ru


Somatik hisslər:
➢ Toxunma və təzyiq.
Dəridəki reseptorlar müxtəlif sürətdə 
uyum göstərir.
➢ Qamət və hərəkət.
Buradakı əsas reseptorlar əzələ iyciyi 
gərim reseptorlar və Holci vətər 
orqanıdır. Görmə və vestibulyar 
orqanlar da bu hisslərin 
bütövləşdirilməsində iştirak edir.
➢ Temperatur.
Termoreseptorlar sərbəst neyron 
sonlanmalarından kökən alır. Həqiqi 
temperatur reseptorları akson 
terminallarının plazma zarlarında 
yerləşən keçici-reseptor potensialı 
(TRP) proteini adlanan ion kanallarıdır. 
Xüsusi hissi sistemlər
Bu proteinlərin bəziləri kimyəvi liqandlarla açıla bilir.
Bəzi afferent neyronlarda aşırı temperatur ilə qıcıqlanan, ağrılı qıcıqlara cavab verən proteinlər də vardır (çoxreseptorlu 
neyronlar).
xudiyevorxan@mail.ru

Document Outline

  • Slayt 1
  • Slayt 2
  • Slayt 3
  • Slayt 4
  • Slayt 5
  • Slayt 6
  • Slayt 7
  • Slayt 8
  • Slayt 9
  • Slayt 10
  • Slayt 11
  • Slayt 12

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin