Holci aparatı zülalların və digər üzvi birləşmələrin modifikasiyalarını və qruplaşdırılmalarını həyata keçirən fabrikdir.
Qlikolipid və sfinqomiyelinləri sintez edən orqanellərdir. Bu molekullar holci aparatı daxilində sintez olunurlar.
Bitki hüceyrələrində holci aparatı hüceyrə divarının kompleks polisaxaridlərinin sintez olunduğu mərkəzlər olaraq işləyirlər. Həm pektin həm də hemiselliloza holci aparatında sintez olunur.
2008-ci ildə Kodani və Sütterlin apardıqları bir araşdırmada holci aparatında olan və GM130 adlandırdıqları bir holci zülallının interfaza mərhələsi boyunca sentrosom morfologiyasını və funksiyasını təşkil etdiyini təyin etmişlər. GM130 zülalı daşımayan hüceyrələrdə iy saplarının bir cox qütübdə bağlandığı, mitozun dayandırıldığı və hüceyrənin öldürüldüyü təyin olunmuşdur. Bu hal holci aparatının hüceyrə bölünməsində də təsirinin ola biləcəyini göstərir.
Endoplazmatik şəbəkənin tumurcuqlanması və keçirici vakuolların holci membranına catdırılması holci aparatı membranlarına da ribasomun birləşə biləcəyini göstərir. Lakin heç bir zaman holci aparatına ribasom birləşməz. Bunun iki səbəbi vardır:
Qranulyar endoplazmatik şəbəkədə sintez olunan zülallar davamı olan aqranulayar endoplazmatik şəbəkə kanallarına keçər və oradanda keçid vakuolları ilə holci aparatına çatdırılarlar. Bu baximdan ribasom birləşdirən SRP resetorlarının holci aparatına keçməsinin qarşısı alınmış olur. Çünki elektron mikraslopu ilə baxıldıqda holci aparatının yaxınlığında əsasən aqranulyar endoplazmatik şəbəkənin olduğu müəyyən edilmişdir.
Ifrazat qranulları holci aparatının sis tərəfinə baglandıqdan və tərkibini holciyə çatdırdıqdan sonra endoplazmatik şəbəkədə qalması lazım olan zülal və reseptorlar holci aparatı zarlarından geriyə daşınılaraq SRP reseptorlarının və digər daşıyıcı zülalların holci aparatına keçməsinə icazə verilməz. Geriyə daşınılacaq olan zülallarda xüsusi siqnal zəncirləri vardır ki, geriyə daşınmaları onların endoplazmatik şəbəkədə qalmalarını təmin eder.