Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə105/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   101   102   103   104   105   106   107   108   ...   141
sitologiya

8.2.1. Holci Aparatının Quruluşu
Holci aparatına elektron mikraskopu ilə baxdıqda membranla əhatəli yastılaşmış kisələrdən və bu kisələrin yaxınlığında olan sərbəst vakuollardan ibarət bir quruluşda olması görülür (şəkil 8.8). Holci kisələrinə diktiyasom adı verilir. Diktiyasomların sayı dəyişməklə bərabər əsasən 4-8 dənədir və yüngülcə bükülmüş disk şəklindədir. Holci aparati kisələri 200A0 məsafələrlə bir-biriləeinə paralel olaraq duzulublər. Huceyrədə holci aparati sis tərəfi nüvə tərəfə (proksimal uc), trans tərəfi isə plazma zarı tərəfinə (distal uc) baxacaq şəkildə yerləşmişdir.

Holci aparatı holci qatları, sis və trans holci sapları olmaq üzrə üç laydan ibarətdir. Endoplazmatik şəbəkəyə baglı ribasomlarda sintez olunan zülallar holci aparatina sis holci sapından keçerlər. Tranzit endoplazmatik şəbəkədən tumurcuqlanan keçid vakuollar daxillərindəki ifrazat məhsulu olan zülalları holciyə çatdırırlar. Bu zülallar daha sonra metabolik proseslərin çoxunun həyata keçdiyi holci laylarına çatırlar. Holci layları medial və trans sahələrindən təşkil olunublar. Zülallar medial sahədən trans sahəsinə keçərkən modifikasiya olunurlar, polisaxaridlər və lipidlərlə birlikdə qruplaşdırılaraq trans holci layına catdırılırlar (şəkil 8.9). Trans holci sapı paylaşdırma mərkəzi olaraq funksiya daşıyarlar. Istifadə olunmuş və qruplaşdırılmış məhsulların ətrafını tək qatlı zar ilə əhatə edər və yaranan ifrazat məhsullarını hüceyrəə xaricinə, plazma membranına və ya lizasomlara gondərir. Trans holci sapından ibarət ətrafı bir qat zarla əhatə olunmuş və daxilində ifrazat məhsulu daşıyan bu qranullara ifrazat qranulu adı verilir.


Şəkil 8.8. Holci aparatının sxematik quruluşu

Şəkil 8.9. Zülalların sis holci aparatından girməsi və trans holci aparatından ifrazat qranulları şəklində ötürülməsi



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin