Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Qranulyar Endoplazmatik Şəbəkə və Zülal Sintezi



Yüklə 149,68 Kb.
səhifə101/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   97   98   99   100   101   102   103   104   ...   141
sitologiya

8.1.1. Qranulyar Endoplazmatik Şəbəkə və Zülal Sintezi
Qranulyar endoplazmatik şəbəkə membranında ribasom olmasıyla əlaqədar olaraq bu endoplazmatik şəbəkə zülal sintezində və törənməsində vəzifə daşıyırlar. Zülallar EŞ membranına bağlı ribasomlarda sintez olunur və ribasomun birləşdiyi transmembran zülallarının içindən açılan kanal ilə endoplazmatik şəbəkənin mənfəzinə keçər. Orada işlənir, lazım gələrsə bir müddət toplanılır və göndərilməsi lazım olan yerə çatdırılır. Bu baxımdan membrana bağlı ribasomlarda sadəcə daşınacaq ya da bir yerə çatdırılacaq zülallar sintez olunur. Sitazolda qalacaq və ya nüvə, mitaxondri, plastid və peroksisom quruluşuna qarışacaq zülallar sitoplazmada sərbəst olan ribasomlar tərəfindən sintez olunurlar (şəkil 8.3).

Istər çatdırılacaq zülal olsun istərsə də sitoplazmada qalacaq və ya orqanellərə çatdırılacaq zülal olsun hamısının sintezi əvvəlcə sitoplazmada olan sərbəst ribasomlar tərəfindən həyata keçirilir. Lakin endoplazmatik şəbəkə kanalına catdırılacaq zülalların kodunu daşıyan mRNT-lər digər zülalların kodunu daşıyan mRNT-lərdən daha uzundur. Zülalın daşınan zülal olduğunu ribasoma tanıtan və ribasomun endoplazmatik şəbəkə membranına birləşməsini təmin edən bu serialar mRNT-də başlanğıc kodonu olan AUQ-dən həmən sonra olurlar. Bunlara siqnal serialar adı verilir. Siqnal serialar əsasən hidrafob amin turşularından ibarət təxminən 20 amin turşusunu kodlaşdırırlar.


Şəkil 8.3. Sərbəst və ya membrana bbirləşmiş ribasomlar tərəfindən zülal sintezi

Zülal sintezi əvvəlcə sitoplazmatik ribasomlarda başlayır. Ilk amin turşudan sonra siqnal düzülüşü translyasiyaya uğrayır və ribasomdan xaricə çıxır. Ribasomlardan çıxan siqnal düzülüşünü 6 amin turşudan təşkil olunmuş cox kiçik bir zülal və srpRNT-dən təşkil olunan bir kompleks (snRNP= kiçik nüvə ribonukleoproteini) tanıyır və ribasomu endoplazmatik şəbəkə membranına yönləndirir. Ribasom endoplazmatik şəbəkə membranında snRNP-ı tanıyan SRP (siqnal tanıyan zülal) reseptoruna birləşir. SRP reseptorlar membranda translokan olaraq adlandırılan və ribasomu birləşdirəcək olan transmembran zülallarının yanında yerləşmişdir. Buna görədə sadece membran quruluşunda SRP reseptoru olan endoplazmatik şəbəkə ribasom birləşdirə bilir. SRP öz reseptoruna birləşdikdə zülal sintezi təkrar başlayır və birləşmə zamanı siqnal düzülüşü siqnal peptidaz fermenti ilə kəsilərək zülaldan uzaqlaşdırılır (şəkil 8.4).

Şəkil 8.4. İfrazat zülallarının endoplazmatik şəbəkə membranına bağlı ribasomlarda sintezi və siqnal peptidinin kəsilməsi
Formalaşmış və funksional forma almış zülallar daşıyıcı endoplazmatik şəbəkə membranında yaranan vakuollar ilə ətrafı bir qat membranla əhatə olunmuş keçid vakuollarına çevrilir və sonrakı modifikasiyalar keçirmək üzrə holci aparatına ötürülür.

Şəkil 8.5. Endoplazmatik şəbəkə ilə holci aparatının birgə fəaliyyəti və ifrazat zülallarının holci aparatına ötürülməsi




Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin