Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Zülal sintzinin sonlanması (Terminasiya)



Yüklə 149,68 Kb.
səhifə98/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   94   95   96   97   98   99   100   101   ...   141
sitologiya

7.2.3. Zülal sintzinin sonlanması (Terminasiya)
mRNT üzərində olan stop kodonlarından hər hansı biri (UAA,UAQ,UQA) ribasomun A sahəsinə girməsi ilə zülal sintezi sona çatır. Çünki stop kodonlarını tanıyan nRNT-lər sitoplazmada olmazlar. Stop kidinları A sahəsinə girdiklərində onları prosesi dayandırma faktorları tanıyırlar. Prokariotlarda iki sonlandırma faktorları (RF-1 və RF-2) ilə eukariotlarda isə bir sonlandırma faktoru (eRF-1) ribasomdakı stop kodonuna bağlanır və tamamlanmış polipeptid zəncirinin zülaldan ayrılmasını təmin edir. Prokariotlarda RF-1 ilə bərabər işləyən RF-3, eukariotlarda da eRF-1 ilə bərabər işləyən eRF-3 deyə bilinən başqa sonlandırma faktorlarıda vardır. Daha sonra nRNT sərbəst qalır (şəkil 7.9B).

Eukariot və prokariot hüceyrələrində mRNT-lər coxlu miqdarda ribasomlar tərəfindən eyni anda oxunula bilir. Ilkin ribasom başlanma nöqtəsindən təxminən 100-200 nukleotid uzaqlaşdıqdan sonra ikinci ribasom birləşir və yeni bir polipeptid sintezi başalayır. Yeni birləşən ribasomda başlanma nöqtəsindən uzaqlaşdığında digər ribasom birləşir və bu şəkildə bir mRNT qəlibi bir cox polipeptid sintez etmək üçün qəlib olaraq təkrar-təkrar istifadə edilir. mRNT-ə birləşən ribasom qrupunun poliribasom və ya polisom olaraq adlandırılması daha əvvəllərdə qeyd olunmuşdu.

Eukariot və prokariot ribasomlarının hər ikisidə zülal sintezi baxımından bir-birilərinə oxşasalarda bəzi əlamətlərə görə fərqlənirlər:


  1. Eukariotik ribasom daha böykdür və prokariotik ribasomlardan fərqli zülallar və rRNT daşıyırlar.

  2. Zülal sintezinə ket vuran kimyəvi maddələrə fərqli reaksiya göstərirlər. Məsələn xloramfenikol sadəcə prokariot ilə mitaxondri və xloroplast ribasomuna ket vurur, tsikloheksamid isə sadəcə eukariot ribasomunun funksiyasını əngəlləyər.

  3. Eukariot və prokariot ribasomlarının homoloqlarıda bir-birilərindən fərqlidirlər. Bakteriya və orqanellərin ribasom subvahidləri ilə eukariot ribasomlarının subvahidləri qarışdırılaraq əldə edilən hibrid ribasomlar (məsələn ribasomun kiçik subvahidi prokariotlara böyük subvahidi eukariotlara aiddir) funksional deyildir və zülal sintez edə bilməzlər. Lakin bakteriya və orqanel ribasomların subvahidlərindən əldə edilən hibrid ribasomlar funksionaldırlar. Bu hal bakteriya,mitaxondri və xloroplast ribasomları arasındakı oxşarlığı və təkamül oxşarlığını göstərir. Eyni vəziyyət fərqli eukariotik canlıların ribasomları üçündə keçərlidir. Yəni bitki və heyvan ribasomlarının subvahidlərindən yaranan hibrid ribasomlar funksionaldır. Bu da eukariotik ribasomların homogen olduqlarının və eyni mənşədən təkamül etmələrinin sübutudur.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin