7.2. ZÜLALLARIN BİOSİNTEZİ (TRANSLYASİYA) Ribasomların hüceyrədə zülal sintez edən orqanellər olması haqda daha əvvəllərdə qeyd edilmişdir. Zülal sintezi sitoplazmada gedir və mRNT zəncirləri tərəfindən idarə olunur. Bu baxımdan mRNT ilə kodlanmış genetik informasiyanın ribasomlarda amin turşuları zəncirinə cevrilməsi kimi aydınlaşdırılan zülal sintezi hüceyrədə həyata keçirilən ən mürəkkəb proseslərdən biridir və gen ekspresiyasının son mərhələsi olaraq qəbul edilir. Lakin sintez olunan zülalların ilk mərhələsini təşkil edir ki, zülalların funksional ola bilməsi üçün translayasiya sonrası işlənməsi lazımdır.
Prokariot və eukariot hüceyrələrdə zülal sintezi mRNT-nin ribasoma birləşməsini təmin edən siqnal düzülüşləri kimi fərqlər xaricində bir-birilərinə bənzəyirlər. Hüceyrədə zülal sintezi başlanma, uzanma və bitmə olaraq üç fərqli mərhələdə araşdırılır. Hər mərhələdə vəzifə daşıyan faktorlar həm prokariotlarda həm də eukariotlarda tapılır lakin eukariotik faktorlar daha kompleks və saylarıda daha coxdur.