Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə91/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   87   88   89   90   91   92   93   94   ...   141
sitologiya

6.3.2. Peroksisomların funksiyaları
Peroksisomlar fərqli tip hüceyrələrdə fərqli biokimyəvi reaksiyalarda funksiyaya malik olantəxminən 50 qədər ferment daşıyırlar. Peroksisomlar hüceyrələrdə aşağıdakı kimi izah ediləcək cox vacib sintez və parçalanma reaksiyalarını reallaşdırır.

  1. Yağ turşularının oksidləşməsi və hidrogen peroksidinin (H2O2) parçalanması: Peroksisomlar yağ turşularını oksidləşdirirlər. Yağ turşularının oksidləşməsi metabolik enerjinin ən vacib mənbəyi olması səbəbiylə böyük xüsusiyyətə malikdir. Heyvan hüceyrələrində yağ turşuları həm mitaxondridə həm də peroksisomlarda oksidləşərkən, maya və bitkilərdə yağ turşularının oksidləşməsi yalnız peroksisomlarda gedir. Oksidləşmə zamanı meydana gələn hidrogen peroksid katalaza tərəfindən ya su və oksigenə parçalanır ya da digər üzvi birləşmələrin oksidləşməsində istifadə olunur.

  2. Lipidlərin və lizin amin turşularının biosintezi: Lizin bitkilərdə aspartik turşusundan sintez olunan esas amin turşudur. Peroksisomların lizin amin turşusunun biosintezi ilə əlaqəsi var. Heyvan hüceyrələrində endoplazmatik şəbəkə ilə birlikdə xolesterol və dolikol sintezinində perksisomlarda getdiyi müəyyən edilmişdir.

  3. Öd turşularının sintezi: peroksisomlar qaraciyərdə xolesteroldan törəyən öd turşularının sintezinde rol oynayırlar.

  4. Plazmogenlərin sintezi: urək və beyin toxumalarında rast gəlinən vacib bir membran hissəsi olan plazmogenlərin sintezində rol oynayan fermentlər peroksisomların daxilində yerləşirlər.

  5. Bitkilərdə qlioksalat tsikli ilə yağ turşularının karbohidratlara çevrilməsi: qlioksalat tsikli toxumda toplanmış yağ turşularının karbohidratlara çevrilməsində rol oynayan və krebs tsiklinə oxşayan reaksiyalar zənciridi. Yağ turşularının karbohidratlara çevrilməsində peroksisomlar vəzifə daşıyır. Bunlara xas olaraq qlioksisomlar adlanırlar. Bu hal toxumdakı gələcək bitkinin böyüməsi üçün lazım olan enerjinin və xam maddənin təmin edilməsi baxımından son dərəcə vacibdir.

  6. Yarpaqdakı fotosintez nəticəsində ortaya çıxan əlavə məhsulların metabolizə edilməsi (fototənəffüs): fototənəffüsdə peroksisomlar əlavə məhsulları metabozlizə edirlər. Fotosintez zamanı xloroplastlarda meydana cıxan qlikolat peroksisoma kecər və qlisin amin turşusuna çevrilər. Qlisin mitaxondriyə çatdırılaraq serinə, ordan təkrar peroksisomlara ötürülərək qliserata çevrilir və bu da xloroplastda reallaşan krebs tsiklinde 2,3-fosfoqliserat tərkibində sərf olunur (şəkil 6.17).

R-COOH + CoA-SH + O2 = R-CH=CH-S-CoA+H2O2


2H2O2 2H2O2 + O2
2H2O2 + DH2 2H2O + D
Şəkil 6.16. Yağ turşularının oksidləşməsi və katalazanın funkisyalrı

(DH2-digər üzvi molekullar)


Şəkil 6.17. Fototənəffüs və peroksisomların əlavə məhsul metabolizmaları





      1. Yüklə 149,68 Kb.

        Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin