Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə90/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   86   87   88   89   90   91   92   93   ...   141
sitologiya

6.3.1. Peroksisomların formalaşması

Peroksisomlar özlərinə xas genomları olmamasına baxmayaraq mitaxondri və xloroplastlar kimi bölünərək çoxalan orqanellərdir. Son illərdə aparılan araşdırmalar nəticəsində peroksisom fermentlərinin sərbəst ribasomlarda sintez olunduqları və peroksisom daxilinə tamamlanmış polipeptid zəncirləri olaraq alınan zülallardan təşkil olunduqları müəyyən edilmişdir. Bu baxımnan peroksisomlar mitaxondri və xloroplastlara oxşamaqla bərabər, bu xüsusiyyətləri baxımından lizasomlardan ayrılırlar, cünki lizasomlar bölünmürlər və endoplazmatik şəbəkə ilə holci aparatının birgə işi nəticəsində formalaşırlar.

Şəkil 6.14. Peroksisomun elektron mikroqrafı A) alabalıq (Salmo trutta) qaraciyər hüceyrələrinin nukleoid daşımayan peroksisomu, B) Lepidochitona cinerea-nın kristal quruluşda nukleoid daşıyan peroksisomu
Sərbəst ribasomlarda sintez olunan zülallar karboksil və ya amin uclarında olan düzülüşlərin köməkliyi ilə peroksisoma hədəflənirlər. Mayadan insanlara qədər yüksək dərəcədə qorunmuş bu düzülüşlərə PTS-1 və PTS-2 adı verilir. Fosfolipidlər isə endoplazmatik şəbəkədə sintez olunduqdan sonra fosfolipidlər daşıyıcı zülallar vasitəsilə alınaraq peroksisomlara çatdırılır. Zülal və fosfolipidin alınması nəticəsində peroksisom böyüyür və daha sonra bölünərək yeni peroksisomları əmələ gətirirlər (şəkil 6.15).

Şəkil 6.15. Peroksisomların bölünərək çoxalması



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin