6.2.1.4. Xloroplastların mənşəyi Xloroplastlar mitaxondrilər kimi endosimbiotik həyatı seçən prokariot canlılardır. Aparılan silsilə analizlər nəticəsində xloroplast genomu ilə sianobakteriyaların DNT-ləri arasında coxlu oxşarlıqların olması və xloroplast ilə sianobakteriyaların bir mənşədən törədikləri müəyyən olunmuşdur.
6.2.2. Xromoplastlar Xlorofil daşımayan digər rəngli plastidlər xromoplastlardır. Xromoplastlar bitkilərə fərqli rənglər qazandırırlar. Meyvələrin və çiçəklərin rəngidə xromoplastlardan asılıdı. Hüceyrə metabolizmasında funksiyalarının olub olmadığı isə bilinmir. Bitkiyə rəng verən piqmentlərin ifraz olunmasında və toplanmasında vəzifəlidir. Pomidorda olan likopen (qırmızı), kökdə olan karoten (narıncı) və limon , banan kimi meyvələrdə olan ksantofil (sarı) olmaqla üç yerə ayrılır.