6.2.1.1. Xloroplastın quruluşu Hüceyrələr də müxtəlif formalarda olsalar da xloroplasrlar əsasən oval bir quruluşa sahibdirlər və 4-6nm diametrində, 5-10 nm uzunluğundadırlar. Sayları hüceyrədən-hüceyrəyə dəyişsədə ali bitkilərdə hər hüceyrədə 20-40 xloroplast olur. Böyük və yaşıl rəngli orqanellər olduqlarından xloroplastları işıq mikroskopları ilə görmək mümkündür (şəkil 6.11). Bundan başqa xlomidominomas adlanan bir hüceyrəlidə bir, Ricinus communis (hind yağı bitkisi) bitkisində isə yüzlərcə xloroplast ola bilər.
Şəkil 6.11. Bitki hüceyrəsində xloroplastların işıq mikroskop görünüşü
Xloroplastı əhatə edən iki qat membranlar paraleldir və plazma membranı quruluşunu göstərir. Bu iki mümbrana əlavə olaraq xloroplastlar tilakoid membran adlanan üçüncü bir membran quruluşunada sahibdir. Tilakoid membranlar üst-üstə yığılaraq qrana adlanan və xlorofil daşıyan yastı disklər əmələ gətirir. Qranlar xlorofil daşıdıqları üçün yaşıl rəngli görünürlər. Tilakoid membranlarının xaricində qalan və xlorofil daşımayan rəngsiz sahə də stroma adlanır (şəkil 6.12).
Şəkil 6.12. Xloroplastın sxematik quruluşu
Xloroplastın xarici membranında mitaxondrinin xarici membranı kimi kiçik molekulların sərbəst keçməsinə imkan verən məsamələr (kanal zülallar) olur. Bunun qarşılığında daxili membran son dərəcə seçici keçiriciliyə malikdir. Bu baxımdan daxili membranı keçəcək olan molekul və ionlar membranda olan daşıyıcı zülalların köməyi ilə xloroplastın daxilinə keçə bilirlər.
Xloroplastın stroması mitaxondrinin matriksinə bənzəyir. Stromada xloroplastın DNT-si, RNT növləri, ribasomlar və metabolik fermentlər olur. Bu fermentlər fotosintez zamanı CO2 və H2O-dan qlükoza sintezində və xloroplastın digər fəaliyyətlərində vəzifə daşıyan fermentlərdir.