Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


XLOROPLASTLAR VƏ DİGƏR PLASTİDLƏR



Yüklə 149,68 Kb.
səhifə82/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   78   79   80   81   82   83   84   85   ...   141
sitologiya

6.2. XLOROPLASTLAR VƏ DİGƏR PLASTİDLƏR
Bitki hüceyrələrinə xas olan plastidlər rəngli və rəngsiz plastidlər olaraq iki yerə ayrılır. Rəngli plastidlər özləridə yaşıl rəngli plastidlər (xloroplastlar) və digər rənglərə sahib plastidlər (xromoplastlar) olaraq ayrılır. Rəngsiz plastidlər isə leykoplastlardır.bunlar daxillərində topladıqları üzvi molekullara görə adlanırlar (Şəkil 6.8).

Plastidlər


Rəngli plastidlər Rəngsiz plastidlər

Xloroplastlar Leykoplastlar

Xromoplastlar -Amilolastlar (nişasta anbarı)

-Likopen (qırmızı) -Proteinoplastlar (protein anbarı)

-Karoten (narıncı) -Elaioplastlar (yağ anbarı)

-Ksantofil



Bütün plastidlər proplastid adlanan quruluşlardan ibarətdirlər (şəkil 6.9). Proplastidlər bitkilərin sürətli bölünən meristem sahələrindəki hüceyrələrində olan və ölçüləri 0,5-1nm arasında olan cox kiçik orqanellərdir. Bunlar sonra lazım gəldiyində formalaşaraq plastidlərə çevrilirlər. Formalaşmış plastidlər bir tipdən başqa tipə çevrilə bilirlər. Meyvələrin formalaşması zamanı yaşıl rəngin qırmızıya (pomidor) çevrilməsi zamanı xloroplastların xromoplastlara çevrilirlər. Bu çevrilmə zamanı tilakoid membranlar dağılır və xlorofil parçalanır. Tam əksi olaraq nişasta toplayan kartofdakı leykoplastlar günəş işığının təsirindən xloroplastlara çevrilə bilirlər. Bu halda leykoplast daxilindəki nişasta dağılır və tilakoid membranlar ilə bərabər xlorofil sintezi reallaşır.
Şəkil 6.9. Plastidlərin proplastidlərdən formalaşması

Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin