Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Mitaxondrinin funksiyası və enerji sintez etməsi



Yüklə 149,68 Kb.
səhifə78/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   74   75   76   77   78   79   80   81   ...   141
sitologiya

6.1.4. Mitaxondrinin funksiyası və enerji sintez etməsi
Mitaxondrinin hüceyrədəki funksiyası oksidatif fosforilyasyondur. Oksidatif fosforilyasyon mexanizmasında hüceyrədə qlükoza CO2 və H2O-a qədər parçalanır və əldə edilən enerji fosfat şəklində ATF-də saxlanılır.
C6H12O6+ 6O2→ 6CO2+6H2O+ATF
Qlükoza piruvata parçalandıqdan sonra mitaxondri daxilinə keçə bilir və Krebs tsikli dediyimiz reaksiyalar zənciri sonrasında ATF sintezi həyata keçir. Bu səbəbdən qlükoza molekulu əvvəlcə sitoplazmada parçalanır və üç karbonlu iki molekul piruvat əmələ gəlir. Sitoplazmada oksigen sərf olunmadan (anaerob) həyata keçən bu reaksiyalar zənciri qlikoliz adlanır (şəkil 6.3). Yaranan piruvat aerob (oksigenli) şəraitdə daha sonra mitaxondriyə keçərək daha cox metabolizmə uğrayır. Anaerob şəraitlərdə isə (anaerob orqanizmalarda) piruvat laktat, asetaldehid və etanola qədər parçalanır.

Qlikoliz reaksiyalarında qlükozanın piruvata parçalanması nəticəsində 4 ATF molekulunun sintez olunmasına baxmayaraq bunun iki molekulu daha əvvəlki parçalanma reaksiyalarında istifadə edildiyindən dəqiq 2 ATF molekulu sintez olunur. Ayrıca NAD-ın sadələşdirilməsi ilə 2 dənə NADH sintez olunur ki, buradakı elektronlar mitaxondriyə çatdırılır.

Piruvat mitaxondriyə daşındıqdan sonra koenzim A köməkliyi ilə dekarboksilləşməyə uğrayaraq asetil koenzim A əmələ gəlir. Dekarboksilləşmə zamanı piruvatdan bir molekul CO2 ayrılır və digər iki molekul CO2 koenzim A-ya köçürülərək koenzim A əmələ gəlir. Bu arada 2 molekul NADH sintez olunmuş olur (şəkil 6.4). Iki karbonlu asetil koenzim A, dörd karbonlu oksaloasetat birləşərək sitrat yaradır və davam edən reaksiyalar nəticəsində təkrar oksaloasetat yaranır (şəkil 6.5).


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin