Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Mitaxondrial DNT, RNT və mitaribasomlar



Yüklə 149,68 Kb.
səhifə77/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   73   74   75   76   77   78   79   80   ...   141
sitologiya

6.1.3. Mitaxondrial DNT, RNT və mitaribasomlar
Mitaxondrinin özünə xas DNT-si, RNT-si və ribasomları var. Ekstraribasomal DNT (nüvə xarici DNT) olaraq bilinən mitaxondri DNT-si (mtDNT) prokariot canlılarının DNT-nə bənzər formada həlqəvi bir quruluşa sahibdir və mitaxondri daxilində birdən cox ola bilirlər. Eukariot canlılarının nüvə DNT-si isə düzdür (liner). Mitaxondrilərin DNT daşımaları onlara müstəqillik qazandırır. Çünki özünə xas DNT-i olan mitaxondrilərin öz fermentlərinin bir hissəsini nüvədən asılı olmayaraq sintez etmə imkanı vardır. Həqiqətəndə mitaxondri özü üçün lazım olan bəzi aşağı sinif fermentləri öz DNT-i ilə kodlaşdıraraq özü sintez edə bilir. Lakin mitaxondriyə lazım olan təxminən 1000 enzimin ancaq 5%-ni özü yaradar, 95%-i isə nüvə DNT-dən sintez olunaraq mitaxondriyə daşınır. Bəzi fermentlərin sintezi nüvə və mitaxondri DNT-i tərəfindən ortaq şəkildə aparılır. Məsələn sitoxrom oksidaz fermentinin 7 yarımsinfindən üçü mitaxondri DNT-də digər dördüdə nüvə DNT-də kodlaşır. Bu genlərdən transkripsiya edilən mRNT-lər sitoplazmada və mitaxondri daxilində zülala çevrilir, daha sonra sitoplazmatik ribasomlarda sintez olunan zülallar mitaxondriyə keçərək 7 yarımsinifli fermenti yaradırlar.

Insan hüceyrələrindəki mitaxondrilərin DNT-i 16596 əsas cütlərdən ibarətdir. Bu DNT mitaxondridə olan fermentlərin və zülalların sintezi üçün kifayət deyildir. Insanın mitaxondri DNT-i krebs tsikli ilə əlaqəli fermentlərdən 13 zülalı kodlaşdırar, bunu 16S və 12S rRNT-lər ilə 22 müxtəlif nRNT kodlaşdırmaqdadır.

Nüvə DNT-i ilə mitaxondri DNT-i bəzi xüsusiyyətlər baxımından bir-birilərindən fərqlənirlər:


  • mtDNT-də QS əsasları nüvə DNT-nə nəzərən daha çoxdur.

  • Nüvə DNT-i hüceyrə dövriyyəsinin sintez mərhələsində (S faza) replikasiya olunarkən, mtDNT G1 və ya G2 fazasında iki qatına çıxar.

  • DNT polimeraza fermentləri fərqlidir. (γ polimeraz)

  • Nüvə DNT-i düz xətli olmasına baxmayaraq mtDNT-i dairəvi formadadır.

Mitaxondri ribasomları (mitaribasomlar) bakteriya ribasomları kimi kiçik ribasomlar sinifindəndir. Sitoplazmada olan sitoplazmatik ribasomlar 80S böyüklüyündə olmasına baxmayaraq, prokariot ribosomları 70S və mitaribosomlarda 50-60S böyükülüyündədir. Bakteriya ribasomunda 3 cür rRNT (16S, 5S və 23S) olmasına baxmayaraq, heyvan mitaxondri ribasomlarında sadəcə 2 cür rRNT-i var. Bitki mitaxondri DNT-i bu rRNT-lərə əlavə olaraq daha 5S-lik rRNT-i sintezləyə bilir. Eukariot hüceyrə ribasomlarında isə 4 cür rRNT (18S, 5S, 5,8S və 28S) var. Mitaxondridə sintez olunan 22 cür nRNT-i isə mitaxondri üçün yetərlidir.


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin