Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


HİSSƏ 6 METABOLİZMA: MİTOXONDRİ, XLOROPLAST VƏ PEROKSİSOMLAR



Yüklə 149,68 Kb.
səhifə73/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   69   70   71   72   73   74   75   76   ...   141
sitologiya

HİSSƏ 6
METABOLİZMA: MİTOXONDRİ, XLOROPLAST VƏ PEROKSİSOMLAR.
Bütün orqanizmalar böyümə, coxalma və digər həyati fəaliyyətlər üçün kimyəvi enerjiyə ehtiyac duyurlar. Bitkilər işıq enerjisini kimyəvi enerjiyə çevirirlər və bundan istifadə edərək CO2 və H2O-dan enerji baxımından zəngin üzvi molekulları (qlükoza) sintez edirlər. Daha sonra bu molekullar parçalanaraq yaranan daxili enerjidən hüceyrəvi proseslərdə istifadə edilir. Heyvanlar isə özləri üçün lazımlı enerjini təmin edə bilmək üçün başqa canlıların sintez etdiyi üzvi maddələri qida olaraq qəbul etməli və bu üzvi molekulları isə parçalamalıdırlar. Bu baxımdan bitkilər aftotrof, heyvanlar isə heterotrof orqanizmalardır. Canlı qalmaq üçün lazım olan enerjidən istifadə etdikdən sonra artıq qalan enerjidən isə üzvi molekulların sintezi və digər hüceyrəvi proseslər (replikasiya, transkripsiya, translyasiya və hüceyrə bölünməsi kimi) üçün sərf olunur.

Göründüyü kimi hüceyrələr bir tərəfdən parçalama, digər tərəfdən sintez etməklə məşğul olular. Hüceyrə daxilində davam edən bütün kimyəvi çevrilmələr metabolizma olaraq adlandırılır. Metabolizma, böyük molekulların kiçik molekullara parçalandığı və enerjinin ortaya çıxdığı katobolizma ilə enerjidən istifadə edərək böyük üzvi molekulların sintez olunduğu anabolizma şəklində iki sintez prosesini əhatə edir. Bioenergetika isə canlı hüceyrələrdə enerjinin ortaya çıxması, cevrilməsi, depolanması və istifadə olunmasıni araşdıran enerji elmidir. Hüceyrədə mitaxondri və xloroplast olaraq adlandırılan iki orqanel enerji metabolizması və hüceyrəvi enerji (ATF) istehsalı üçün xüsusiləşmişdir. Mitaxondrilər lipid və qlükozanı parçalayaraq enerji istehsal edərkən xloroplastlar günəş enerjisini ATF-ə çevirərlər. Yağ turşularının parçalanması və fotosintezin yan məhsullarının metabolizması ilə əlaqəli fermentləri daşıyan digər bir orqanldə peroksisomlardır. Peroksisom yağ turşularını parçalayaraq mitoxondridə həyata keçən Krebs tsikli üçün xam maddə yaradır və ortaya çıxan hidrogen-peroksid kimi metabolik tullantıları yox edə bilir.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin