Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


HİSSƏ 5 HÜCEYRƏ SKELETİ VƏ FUNKSİYASI



Yüklə 149,68 Kb.
səhifə69/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   65   66   67   68   69   70   71   72   ...   141
sitologiya

HİSSƏ 5
HÜCEYRƏ SKELETİ VƏ FUNKSİYASI:

Mikroborucuq, Mikrofilament və Ara filamentlər.
Hüceyrədə olan və sapvari quruluşdakı zülal filamentləri olaraq bilinən skelet hissəcikləri üç dənədir. Binlardan diametri daha cox olanı mikroborucuq, diametri ən az olanı mikrofilament olaraq adlandırılarkən ikisinin arasında diametrə malik olan filamentlərədə ara filament adı verilir.


    1. Mikrofilamentlər.

Mikrofilamentlər hüceyrədə 7nm ölçüdə olan ən kiçik filamentlərdir. Aktin və ya miyozin zülallarından təşkil olunurlar. Bu iki zülal qısala bilmək xüsusiyyətinə malikdir və əzələlərin əsas zülallarıdır. Hüceyrədə sintez olunan aktin zülalları qlobulyar aktindir (Q aktin). Q aktinlər əvvəlcə iki-iki və daha sonra üçər qruplar şəklində birləşərək fibrilyar aktini (F aktin) formalaşdırırlar. F aktinin polimerləşməsində ATF enerjisindən istifadə olunur (şəkil 5.1). F akrinlər + və - uca sahibdirlər, aktin monamerləri hər iki ucdan polimerləşib F aktinləri əmələ gətirərkən F aktinlər daha cox + ucdan uzanırlar. Aktin polimerləşməsi geri dönəndir. F aktini yaratmaq üçün quruluşa qatılan G aktinlər təkrar ayrıla bilərlər (şəkil 5.2). Aktinlər hüceyrə skeletindəki funksiyalarıyla yanaşı hüceyrə üçün vacib bir çox funksiyaları üstələniblər.



  1. Hüceyrə formasının müəyyən olunmasında və plazma membranına dəstək təmin etmədə.

  2. Hüceyrə səthi hərəkətlərinin tənzimlənmsəində.

  3. Hüceyrə köçməsində (embrion hüceyrələrinin və infeksiya zamanı leykositlərin köçməsi ilə xərçəng hüceyrələrinin metastazı).

  4. Hüceyrənin bölünməsi zamanı nüvənin bölünməsi (kariokinez) bitdikdən sonra sitoplazma bölünməsində (sitokinez)

  5. Hüceyrələrin bir-birilərinə və hüceyrə xarici matriksə birləşməsində

  6. Əzələ sıxılmasında.

Şəkil 5.2. Aktinlərin ATP ilə aktivə edilməsi və mikrofilamentlərin dinamik quruluşu

Mikrofilamentlərin hüceyrədəki vəzifəsi cox zaman aktin və miozin filamentlərinin birgə işini tələb edir. Miozin hüceyrə skeletində olur və aktin filomentləri ilə birlikdə əzələ sıxılmasında rol oynayır (şəkil 5.3). Skelet əzələsi bir cox hüceyrədən əmələ gəlmiş əzələ lifi dəstələridir. Əzələ hüceyrəsinin sitoplazmasını aktin və miozin filamentlərindən ibarət mifibrillər əhatə edir. Əzələnin sıxılması aktin və miozinin bir-birilərinin üzərindəki hərəkətlərindən asılıdır.


Şəkil 5.3. Əzələ hüceyrəsinin quruluşunu təşkil edən aktin və miozin filamentləri

Mikrofilamentlər sitoxalasin (cytochalasin) kimyəvi maddəsi ilə depolimerizasiya olur və quruluşu pozulur. Hüceyrə bu kimyəvi maddə ilə əlaqədə olduqda mikrofilamentlərin yuxarıda sayılan funksiyaları həyata keçə bilməz. Sitoxalasin B aktinlərinin + uclarına bağlanaraq uzanmasına mane olur. Əsasəndə sitogenetik işlərdə iki və ya daha çox nüvəyə malik hüceyrələrin əldə edilməsində sitokinezi dayandırmaq üçün sitoxalasindən istifadə olunur. Digər kimyəvi maddə olan fallodin də mikrofilamentlərin funksiyasını pozur.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin