Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə66/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   62   63   64   65   66   67   68   69   ...   141
sitologiya

5.Fokal əlaqələr: Birləşməni təmin edən digər bir əlaqə forması isə fokal əlaqədir. Fokal əlaqələr hüceyrə ilə hüceyrə xarici matriks arasında həyata keçir. Hüceyrə ilə hüceyrə xarici matriks əlaqəsini yaradan zülal inteqrin zülaldır. Inteqrinlerin hüceyrə daxili çıxıntısı, hüceyrə daxili birləşmə zülalları (talin, aktinin, vinkulin, filamin) vasitəsilə hüceyrə daxili skelet sistemi elementləri ilə əlaqə qurarlar. Inteqrinlərin hüceyrə xarici çıxıntıları isə hüceyrə xarici matriks zülallarına birləşir.
4.3.3. Hüceyrələr arası əlaqələr.
Hüceyrələrin qonşu hüceyrələrlə əlaqə qurmasını təmin edən əlaqə nöqtələri üç dənədir: Neksuslar, kimyəvi sinapslar və plazmodesmalar.

1.Neksuslar (deşik keçid bölgələri): Neksuslar qonşu iki hüceyrənin hüceyrə mümbranında qarşılıqlı olan və hüceyrənin daxili hissələrini bir-birinə bağlayan açıqlıqlardır. Neksusun quruluşunu təşkil edən konneksonlar, konneksin deyilən altı subvahiddən ibarətdir. Qarşı-qarşıya duran iki hüceyrədə 2 konnekson və 12 konneksin var (şəkil 4.27). Heyvan hüceyrələrində olan və ən cox istifadə olunan rabitə əlaqələridir. Hüceyrələr arasında cox tez xəbərləşməni yaradan elektrik sinapslar da daxil olmaqla bir çox vacib funksiyaları yerinə yetirirlər (şəkil 4.30). Məsələn ürək və saya əzələlərinin birlikdə uyğun formada işləməsi, bağırsaq hüceyrələrinin peristaltik hərəkəti üçün eyni anda yığılmasının təmin edilməsi, inkişaf zamanı hüceyrələrin bir-birilərinə görə uyğun davranışları kimi funksiyaların yerinə yetirilməsində neksuslar istifadə olunur.


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin