6.1. MİTAXONDRİLƏR.
Ilk dəfə 1864-cü ildə Altmann tərəfindən bioblast olaraq adlandırılan və daha sonra Benda (1898) tərəfindən mitaxondri adı verilən bu quruluş sitoplazmada olan iki qat membranla örtülü bir orqaneldir. Lakin mitaxondrilərin hüceyrənin tənəffüs və enerji sintez etmə mərkəzləri olmaları 1948-ci ildə Hogeboom tərəfindən göstərilmişdir.
Mitaxondrilərin forması və böyüklüyü hüceyrədən-hüceyrəyə dəyişsə də əsasən oval və ya uzunsov bir quruluşa malikdir. Diametrləri əsasən 0,5-1mkm olan mitaxondrilərin, uzunluqları isə 2-10 mkm arasında dəyişə bilir. Cox kiçik orqanellər olduqları üçün mitaxondrilərin incə quruluşu ancaq elektron mikroskopu vasitəsilə görülə bilir. Lakin varlıqları canlı hüceyrələrdə və işıq mikroskopunda da ayırd edilə bilir. Canlı hüceyrələri vital boyama yolu ilə boyadıqda mitaxondrilər yaşıl rəngə boyanaraq digər hüceyrə orqanellərindən fərqlənirlər.
Hüceyrədə ki, saylarıda hüceyrədən-hüceyrəyə və hüceyrənin funksional fəaliyyətinə görə dəyişir. Kaos-kaos adındakı bir amöbda yüzlərcə mitaxondri olarkən, bir məməlinin qaraciyər hüceyrəsində 1000-2000 dənə mitaxondri olur. Oositlərdə təqribən 300, sperm quyruqlarında isə sadəcə 100 mitaxondri sayılıb. Bitki hüceyrələrində isə mitaxondrinin işini daha cox xloroplastlar üstləndiyi üçün bitkilərdə sayı azdır.
Mitaxondrilər əsasən sitoplazmada homogen və təsadüfi dağılmışlar. Bəzi hüceyrələrdə isə hüceyrənin enerji ehtiyacına görə müəyyən sahələrə yerləşə bilirlər. Məsələn spermin quyruğunun hərəkəti üçün lazımlı enerjini təmin edən mitaxondrilər sperm quyruğunun peroksimalına yerləşmişdir. Ürək əzələsi və saya əzələ də isə mitaxondrilər miofibrillər arasında yerləşir ki, sıxılıb-açılması üçün enerji tələbini yerinə yetirsinlər. Böyrək hüceyrələrində də kapilyar qan damarlarının ətrafında olurlar.
Dostları ilə paylaş: |