2.Kimyəvi sinapslar: hüceyrə-hüceyrə əlaqəsi neksuslar vasitəsilə birbaşa yaradılmasına baxmayaraq kimyəvi sinapslar hüceyrə-hüceyrə xəbərləşməsini dolayı olaraq həyata keçirirlər (şəkil 4.31). Iki sinir hüceyrəsinin bir-biriləri ilə əlaəqsi buna misal olaraq göstərilə bilər. Kimyəvi xəbərdarlığı çatdıran sinir hüceyrəsinə presinaptik hüceyrə, xəbərdarlığı alan hüceyrə də postsinaptik hüceyrə adlanır. Iki sinir hüceyrəsi arasında qalan və sinaps adı verilən neyrotransmitter maddələr (asetilxolin) xəbərdarlığı bir sinir hüceyrəsindən digərinə çatdırırlar.