HİSSƏ 8
HÜCEYRƏVİ DAŞINMA VƏ HƏZM: ENDOPLAZMATİK ŞƏBƏKƏ, HOLCİ APARATI VƏ LİZOSOMLAR
Eukariotik hüceyrə sitoplazmasında ancaq elektron mikraslopu vasitəsilə görünə bilən membranlardan təşkil olunmuş bir quruluş vardır. Tək membranla örtülmüş yastı boru,kisə və ya lamel şəklindəki bu kanal sistemi sitoplazmanı kanalların içi və çölü şəklində iki hissəyə ayırır. Bu kanal sisteminə endomembran sistem adı verilir. Endoplazmatik retikulum, holci aparatı və nüvə membranı hüceyrənin endomembran (sitoplazmatik vakuollar) sisteminin üzvləridirlər.
Endoplazmatik şəbəkə və holci aparatı adlanan endomembran sisteminin iki üzvü lizasomlar kimi digər bəzi orqanellərlə birlikdə hüceyrədə daşınma, qruplaşdırma və toplama kimi bir cox funksiya daşımaqdadırlar. Hüceyrədəki ifrazat yolu endoplazmatik şəbəkəyə bağlı ribasomlarda sintez olunan zülalların holci aparatına çatdırılması ilə başlayır. Holci aparatıda bu məhsulların ətrafını bir qat ilə əhatə edərək ifrazat məhsullarına çevirir və daha sonra bu ifrazat qranulları ya hüceyrə xaricinə ya da plazma membranına göndərir və ya lizasom daxilinə buraxaraq zimogen qranullarını (inaktiv fermentlər) yaradır (şəkil 8.1).
Lizasomlar quruluş baxımından peroksisomlara oxşasalarda funksional baxımdan cox fərqlidirlər və endoplazmatik şəbəkə ilə holci aparatının funksiyalarını yerinə yetirmələrində son nöqtələrdən birisidir. Bu baxımdan hüceyrədə daşınma məsələsində bu iki sistemlə bərabər araşdırmalarda yerində olacaq.
Şəkil 8.1. Ifrazat yolları
Dostları ilə paylaş: |