Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Zülal sintezinin başlaması (İnsasiya)



Yüklə 149,68 Kb.
səhifə96/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   92   93   94   95   96   97   98   99   ...   141
sitologiya

7.2.1. Zülal sintezinin başlaması (İnsasiya)
Zülal sintezinin ilk mərhələsi mRNT və xüsusi başladıcı amin turşusu olan metionin amin turşusunu daşıyan nRNT-nin (met-nRNT) ribasomun kiçik subvahidinə bağlanması mərhələsidir. Bunun üçün vəzifə daşıyan faktorlar insiasiya faktorları adını daşıyır və İF ilə göstərilir.

Prokariotlarda əvvəlcə İF-1 və İF-2 ribasomun kiçik subvahidinə birləşir. Daha sonra mRNT 5/ ucunda olan Shine-Dalgarno sırası ilə ribasomun kiçik hissəsindəki 16S-lik rRNT-dəki homoloq sıraların köməkliyi ilə bərabərləşir və met-nRNT ilə birlikdə ribasom kiçik hissəsinə birləşir. Ribasomun iki subvahidini bir-birindən ayıran və kiçik subvahidə bağlı olan İF-3 quruluşdan ayrılır və böyük subvahid də başlanma kompleksinə birləşərək zülal sintezinə başlanılır (şəkil 7.7).

Eukariotlarda Shine-Dalgarno sirası olmadığından eukariotik mRNT 5/ şapqa quruluşu sayəsində ribasomun kiçik subvahidi ilə təmas edər. Əvvəlcə eukariotik insasiya faktorları (eİF-3, eİF-5, eİF-1A, eİF-1) ribasomun kiçik subvahidinə birləşərək eİF-2 ilə birlikdə met-nRNT-ni də alır və mRNT-nin 5/ şapqa quruluşuna birləşir. mRNT-nin ribasomun kiçik subvahidinə və met-nRNT-yə birləşməsi üçün lazımi hazırlıqları görən digər insiasiya faktorlarıda prosesə qarışır. Bu mərhələdə xidmət edən PABP (poliadeninlərə birləşən zülal) mRNT-nin 3/ ucunda olan adenin sahələrinin sayına görə mRNT-nin translayasiyasını həyata keçirir. Translyasiyaya məruz qalacaq mRNT-nin poliA sayı coxdur. Bu hal gen requlyasiyasının başqa bir formasıdır. Met-nRNT-nin aktivləşdirilməsi və başlanğıc kompleksinə birləşməsi üçün lazım olan enerji QTF-nin hidrolizindən alınır. Kompleks mRNT-yə birləşir və başlanğıc kodonu olan AUQ üçlü nukleotid sırasını tapana qədər mRNT üzərində sürüşər. Daha sonra ATF-in enerjisi ilə başlanğıc komplekslərinin hamısı ayrılaraq ribasomun böyük subvahidinin birləşməsini təmin edərlər və zülal sintezi başlanmış olur (şəkil 7.8).
Şəkil 7.7. Prokariotik zülalların sintezi
Şəkil 7.8. Eukariotik zülalların sintezi

Prokariotlarda quruluşa daxil olan ilk amin turşu formil metionindir (fMet). Met nRNT-yə birləşdikdən sonra metionindəki NH2 qrupuna formil əlavə olunur. Zülal sintezi başlandıqdan sonra və ya sintez tamamlandıqdan sonra deformilaz fermenti formil qrupunu kənarlaşdırır və ya bakteriyalarda aminopeptidaz fermentləri ilə ilk amin turşu formil qrupu ilə birlikdə kənarlaşdırılır. Eukariotlarda isə ilk amin turşu formillənməmiş xüsusi bir metionindir. Həm prokariotlarda həm də eukariotlarda başladıcı nRNT ilə polipeptidin daxili hissələrindəki metionini daşıyan nRNT-lərin antikodonları (mRNT-dəki AUQ kodonunu tanıyan UAS antikodonu) eyni olmasına baxmayaraq nukleotid düzülüşü bir-birilərindən fərqlidir.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin