Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Zülal sintezinin uzanması (Elanqasiya)



Yüklə 149,68 Kb.
səhifə97/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   93   94   95   96   97   98   99   100   ...   141
sitologiya

7.2.2. Zülal sintezinin uzanması (Elanqasiya)
Başlanğıc kompleks formalaşdıqdan sonra zülal sintezi uzanma faktorlarının köməkliyi ilə prokariot və eukariotlarda oxşar formada davam edər. Başlanğıc sırasında met-nRNT ribasomun ikinci sahəsi olan peptidil bölgədə (P bölgəsi) olur. Bu səbəbdən ribasomun aminoasil sahəsi (A sahəsi) boşdur. Uzanmanın ilk mərhələsi mRNT üzərində olan digər kodona uyğun antikodona sahib nRNT-nin daşıdığı amin turşusu ilə birlikdə ribasomun A sahəsinə gəlməsi ilə başlayar. Bunun üçün QTF enerjisi ilə prokariotlarda EF-Tu, eukariotlarda isə eEF-1α yüklü nRNT-ə köməklik edər (şəkil 7.9A). Ribasomun böyük subvahidlərindəki P və A bölgələrində yan-yana duran iki yüklü nRNT-lərin amin turşuları arasında ribosim fermenti (bu bir rRNT-dir) ilə peptid əlaqəsi yaranır.
Şəkil 7.9. Zülal sintezinin uzanması
Peptid əlaqəsi üçün lazımlı olan enerji əvvəldə də qeyd olunduğu kimi nRNT-yə bağlı amin turşusunun öz enerjisindən təmin olunur. Məlum olduğu kimi amin turşularının karboksil ucu nRNT-nin SSA ucundakı adeninin 3/-OH qrupu ilə rabitə yaradaraq nRNT-nə bağlanar. Bu rabitə turşuların aktivləşmə mərhələsində bir ATF-in sərf olunması ilə baş verdiyindən yüksək enerjili bir rabitədir. Ilk amin turşusunun amin qrupu formillənmiş olduğu üçün nRNT-yə bağlandığı karboksil qrupunun sərbəst formaya gəlməsi, enerjinin ortaya çıxması və ikinci sıradakı amin turşusunun amin qrupu ilə birləşməsi lazımdır.

Peptid rabitəsi formalaşdıqdan sonra EF-G (translokasiya) köməkliyi ilə və QTF enerjisi ilə ribasom mRNT üzərində 3/ucuna doğru üç tripletlik (bir kodonluq) bir sürüşmə həyata keçirir. Üzərindəki amin turşusunu digər nRNT-ə yükləyən ilk nRNT ribasomun çıxış (E) sahəsinə gəlir və ribasomu tərk edir. Iki amin turşusunu daşıyan nRNT bu səfər P sahəsində olur və ribasomun A sahəsi yeni yüklü nRNT-ni qəbul etmək üçün hazırdır. Bu formada A sahəsinə gələn nRNT ilə P sahəsində olan nRNT-lərin yüklədikləri amin turşular arasında peptid rabitəsinin yaranması və üç tripletlik (bir kodonluq) hərəkəti nəticəsində mRNT 5/ucundan 3/ucuna doğru axunur və zülal zənciri uzanmış olur.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin