Lizasom ifarazat yolu: bəzi zülallar holci aparatından birbaşa lizasoma catdırılır. Lizasomda yer alan bu hidrolitik fermentlər həll edəcəkleri molekulla qarşılaşana qədər lizasom daxilində inaktiv zimogen qranulları şəklində olurlar.
Nəzarət olunan ifrazat yolu: bəzi zülallar xüsusi olaraq nəzrət olunan bir yolla plazma membranına göndərilir. Endokrinlərdən hormon ifrazı, neyronlardan sinirlərin ötürülməsi və qaraciyərdən həzm fermentlərinin ifrazı adı cəkilən bu ifrazat yoluna misaldır. Qaraciyərdən ifraz siqnalı gələnə qədər plazma membranına catdırılmadan holci aparatı icində toplanır. Mədə və nazik bagırsaqda olan qidalar tərəfindən siqnal gəldikdə həzm fermentləri plazma membranına çatdırılaraq bağırsağa salınır.
Şəkil 8.10. Hüceyrədə ifrazat yolları
8.3. LİZOSOMLAR
Canlılar həyatlarının davam etməsi üçün lazim olan maddələri alması və onları həzm edərk enerji əldə etmələri vacibdir. Prototrof olan bakteriyalar və avtotrof olan bitkilər qiadalarını və enerjilərini özləri əldə edirlər. Bakteriyalar sərhədlənmiş mühitlərdə rahatlıqla coxala bilir, bitkilər isə qidalarını günəşdən aldıqları enerji ilə sintez edirlər.
Heyvanlar və insanlar qidalarını baüqa canlılardan təmin edirlər, evvəlcə hüceyrə xaricində həzm edirlər (mədə və nazik bağırsaqda), daha sonra hüceyrə daxilinə alaraq hüceyrə daxili həzm prosesi ilə parçalayaralar. Hüceyrə daxili həzm prosesləri isə lizasomlar ilə həyata keçirilir.
Lizasomlar bütün eukariot hüceyrələrində olan və bütün üzvi molekulları (zülal, karbohidrat, lipid və nuklein turşuları) parçalayacaq fermentlər daşıyan orqanellərdir. Bundan başqa lizasomlar həm hüceyrə xaricindən alınan maddələri həm də hüceyrə daxilində istifadə olunmayan və ya qocalmış orqanel və ya qurluşları da parçalayaraq hüceyrə daxili həzm orqaneli kimi funksiya da daşıyırlar. Bu baxımdan lizasomlar daxilində bir enzim daşıyan və plazma zarına oxşar bir zar ilə əhatəli qranullar olaraq tanınır.
Ilk dəfə De Duve və əməkdaşları tərəfindən siçanın qaraciyər hüceyrələrində tıyin edilmişdir. Elektron mikroskopu ilə baxıldığı zaman 0,2-0,8 nm arasında dəyişən ölçülərdə və tək qat zarla çevrili oval quruluşlu olması müəyyən olunmuşdur (şəkil 8.11). Daşıdıqları enzimin böyüklüyünə görə fərqlənə bilirlər. Hüceyrədəki saylarıda hüceyrədən hüceyrəyə fərqlənə bilər.
Şəkil 8.11. Siçan qaraciyərində əldə edilən saf lizasom fraksiyası
Dostları ilə paylaş: |