Lizasomların sinifləndirilməsi Hüceyrədə lizasomlar praymer lizasom olaraq sintez olunurlar (şəkil 8.12). Praymer lizasomlar ilk yaranan və zar ilə əhatə olunmuş bir turş hidrolaza daşıyan kisələrdir. Daxili qurluşları olduqca homogendir. Böyüklüyü isə daşıdıqları fermentin ölçüsünə görə dəyişir. Praymer lizasomlar hüceyrədə həzm edecekləri üzvi molekul, orqanel və ya xaricdən alınan yad bir molekul ilə birləşincə sekonder lizasom adlanır. Bu baxımdan sekonder lizasomlar bir zar ilə örtülü ferment və həzm olunacaq molekulu da daşıyan kisələr olaraq müəyyən olunurlar. Bunların ölçüsü cox böyükdür və həzm olunacaq molekulun ölçüsündən asılıdır. Sekonder lizasomların daxilində hüceyrə mənşəli material varsa buna otofaqasom adı verilir. Əgər hüceyrə xarici mənşəli (məsələn bakteriya kimi) bir material həzm olunmaq üzrə lizasom ilə birləşərsə bunada heterofaqasom adı verilir (şəkil 8.13). Xaricdən alınan material maye isə bu heterofaqasoma xas olaraq pinositik vakuol adı verilir, xaricdən aınan material qatı isə bunada xas olaraq faqositik vakuol adı verilir. Sekonder lizasomun həzmi həyata keçirdikdən sonrakı halı isə telolizasom və ya tullantı maddələri olaraq adlandırılır.
Tullantı maddələri protozoolarda (tək hüceyrəlilərdə) defekasyon yoluyla xaricə atılırlar. Lakin inkişaf etmiş heyvanlarda hüceyrə daxilində uzun zaman boyunca qalırlar. Bu tullantı yığımı hüceyrə qocalmasında bəzi pataloji əlamətlərin səbəbi olaraq qəbul edilir.
Şəkil 8.12. Lizasomların sinifləndirilməsi
Şəkil 8.13. Bir mitaxondrini mənimsəmək üzrə olan ikincili lizasom