Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Lizasomların Funksiyası, Ortofaqositoz və Heterofaqositoz



Yüklə 149,68 Kb.
səhifə112/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   108   109   110   111   112   113   114   115   ...   141
sitologiya

8.3.4. Lizasomların Funksiyası, Ortofaqositoz və Heterofaqositoz
Lizasomun əsas funksiyası materialı hüceyrə daxildi həzm etməkdir. Material hüceyrə xarici mənşəli isə əvvəlcə hüceyrə daxilinə endositoz yolu ilə (faqositoz və ya pinositoz yolu ilə) alınır və lizasom ilə birləşərək heterofaqasom (pinosom və ya faqosom şəklində) formalaşdıraraq materialı həzm edir. Faqasitozda bakteriya kimi materiyalın ətrafı bir qat zarla ilə cevrilərək daxilə alınır və lizasom ilə birləşə biləcək faqasomlara cevrilirlər. Pinositozda isə maye və ya suspenziya halındakı qida maddələri hüceyrə daxilinə alınaraq yenə ətrafı bir qat zarla cevrilir və pinosom adlanır. Pinosomlarda lizasomlar ucun substratdır və daxili muhiti parçalanaraq həzm edilir.

Həzm olunacaq material hüceyrə daxili mənşəyə malikdirsə materialın ilk əvvəl endoplazmatik şəbəkə zarları ilə əhatə olunması və lizasom ucun substrat halına cevrilməsi lazımdır. Qocalmış və ya funksiyalarını itirmiş orqaneller bu yolla parçalanaraq hüceyrədən kənarlaşdırılır (şəkil 8.15).

Normal hallarda lizasom daxilində gedən həzm prosesləri nəticəsində yaranan kiçik molekullu birləşmələr lizasom zarından keçərək sitoplazmaya çatdırılır və hüceyrənin metabolik proseslərdə yenidən istifadə olunur. Məsələn zülallar lizasom daxilində dipeptidlərə qədər həzm edilir və daha sonra sitoplazmaya catdırılır və hüceyrənin metabolik proseslərində yenidən istifadə edilir. Eyni zamanda karbohidratlarda lizasom daxilinde monosaxaridlərə qədər parçalanir və sitoplazmaya çatdırılır. Lipidlər lizasom daxilində yağ turşuları və qliserinə qədər parçalanır. Nuklein turşularıda evvəlcə Dnaz və Rnaz fermentləri vasitəsilə oliqonukleotidlərə qədər parçalanırç daha sonra fosfodiesterazalar və turşu fosfotazalar ilə nukleosit və fosfata qədər dağılır və hüceyrədə DNT replikasiyasında və trankripsiyada xam maddə olaraq istifadə olunur.

Lizasomlar normal şəraitdə hüceyrə xarici materialı hüceyrə daxilində həll olunması lazım gələrkən anormal şəraitlərdə hüceyrə xarici materialı hüceyrə xaricindədə həll edə bilir. Bu hal bəzi xəstəliklərlədə əlaqəlidir. Lizasomal fermentlər ekzositoz yolu ilə hüceyrə xaricinə atılır. Hüceyrəvi şok hallarında, anoksia (oksigensiz qalma) və asidozda (qan PH-nın düşməsi) lizasomal fermentlərin hüceyrə xaricinə otürülməsi artmaqdadır.


Şəkil 8.15. Lizasomun holci apratından sintezi
Lizasomun yuxarıda sadalanan funksiyaları ilə yanaşı digər funksiyalarınıda aşağıdakı kimi sıralamaq olar:

  1. Hüceyrə daxili həll etmə yolu ilə bəslənmə: lizasom daxilində gedən həzm nəticəsində yarana kiçik metabolitlər hüceyrə daxilinə keçib metabolik proseslər uçun istifadə edilir.

  2. Uyğun olmayan şərtlərdə otofaji yolu ilə qidalanma: pataloji hallarda hüceyrə öz orqanellərini və ya orqanik molekullarını parçalayır.

  3. Hüceyrə müxtəlifliyi və ya metamorfoz zamanı sərhədlərin ardan qaldırılması: orqanların xüsusi bir forma ala bilməsi üçün arada qalan artiq sərhədlərin və hüceyrələrin parçalanması lazım gəlir. Məsələn insan embrionunda barmaqlar arasında olan pərdənin yox olması, qurbağa embrionlarının quyruqlarının yox edilməsi kimi.

  4. Funksiyasını itirmiş, qocalmış hüceyrə və hüceyrə hissələri ilə məhv olmuş zülalların həzm olunması: qocalan eritrosit kimi hüceyrələrlə funksiyalarını yerinə yetirməyən orqanellərin və ölü hüceyrələrin məhv edilməsi lazımdır.

  5. Makrofaqlar yolu ilə bədənə girən bakteriay və viruslarla mubarizə: bədənin immun sistemində vəzifə daşıyan makrofaqlar və limfositlərin hər biri bir lizasom anbarıdır. Içlərindəki lizasom tukəndiyində parçalanaraq ortadan götürülürlər.

  6. Sümük əriməsinə səbəb olur: qanda kalsium ionu miqdarı azlanda sümüklərdəki kalsium geriyə sovrulara qana verilir və bu sebebden sümük əriməsi başlayar.

  7. Döllənmə zamanı spermin yumurtaya girməsinə kömək edir: insanlarda döllənmə zamanı sperm hüceyrəsinin ucunda lizsom fermenti daşıyan bir kisə (akrasom) olur. Sperm yumurataya toxunduğunda lizasomal fermentlər sərbəst hala keçərək yumurtanın membranında sperm nüvəsinin içəri girməsi üçün bir deşık aşçarlar.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin