Metafaza mərhələsi: Xromosomların hüceyrənin ekvator xəttində düzüldüyü mərhələdir (şəkil 10.12B). Sitoplazmaya dağılan xromosomlar kinetoxorları ilə iy saplarına tutunmağa başlayırlar və hüceyrənin ekvator sahəsinə doğru hərəkət edirlər. Hüceyrənin ortasında xromosomlar sanki kinetoxorlarından bir ipliyə keçirilmiş kimi kinetoxorlar mərkəzdə xromosomun qolları isə kənara baxacaq şəkildə yerləşmişdir. Metafaza mərhələsində xromosomlar ən qısa və ən qalın quruluşa sahib olurlar və işıq mikroskopunda yaxşı görünürlər. Xromosomları bu mərhələdə incələyə bilmək üçün xromosomların ekvatorial sahədə düzülmasini təmin edən iy saplarının quruluşunun pozulması lazımdır.
Şəkil 10.13 Sentrosomların ikiləşməsi və mikroborucuqların yenidən formalaşması
Metafaza mərhələsində bir hüceyrədə üç fərqli iy sapları görülür (şəkil 10.14).
Şəkil 10.14. Bölünən bir hüceyrədə iy sapları