Kinetoxor mikroborucuqları: xromosomların kinetoxorlarına bağlıdırlar və xromosomun bacı xromatidlərini bir-birindən ayırıb hüceyrənin əks qütblərinə çəkəcək olan saplardır. Xromosomlar qütblərə doöru çəkildikcə kinetoxor mikroborucuqları qısalmağa başlıyır. Bu qısalma kinetoxora bağlı aktiv zülalların (kinezin) mikroborucuqları əks ucdan parcalamsı ilə reallaşır.
Polyar mikroborucuqlar:sentrosomlardan cıxıb hüceyrənin ortasında qarşılıqlı olaraq duran və xromosom hərəkətində hər hansı bir vəzifələri olmayan mikroborucuqlardır. Bunlar iy qütblərinin bir-birindən ayrılmasını və hüceyrənin qütblərdən dik durmasını təmin edirlər. Xromosomlar bir-birilərindən ayrılarkən polyar mikroborucuqlar üzərində olan və + uca yerləşən aktiv zülallar sayəsində bu mikroborucuqlar bir-birilərinin üzərində sürüşərlər və hüceyrəni gərgin saxlayarlar (şəkil 10.16)