Ulduz şəkilli mikroborucuqlar; ulduz şəkilli mikroborucuqlar sentrosomdan çıxıb plazma zarına doğru istiqamətlənən mikroborucuqlardır. Bunlar iy qütblərini bir-birindən ayırırlar. Artıq uca və ya əksik uca istiqametlənən aktiv zülallar (dinein) iy saplarını uc tərəfə doğru çəkərlər.
Anafaza mərhələsi:hüceyrənin ekvator xəttində toplanan və sentromer ilə eyni arada tutulan baci xromatidlər sentromerin ayrilması ilə bir-birilərindən ayrılırlar (şəkil 10.12C). Qütblərə doğru hərəkət edən bacı xromatidlərin hər birisinə qız xromosom adı verilir. Xromosomlar iy saplarınan qütblərə çəkilərkən sentromer hissəsindən bükülürlər və sentromerlərin yerlərinə görə bəlli bir forma alırlar. Metasentrik xromosomlar V hərifi, submetasentrik xromosomlarda L hərifi şəkli alırlar. Akrosentrik xromosomlarda isə qısa qol cox qısa olduğu üçün L hərfinə bınzər bir şəkil alınır. Xromosomların hərəkəti kinetoxora bağlı aktiv zülallar olan kinezin qrupu tərəfindən aparılır (şəkil 10.15).
Şəkil 10.15 Kinetoxor mikroborucuqlarının ayrılması və xromosomların əks qütblərə hərəkəti
Anafazada qütblərə hərəkət edən qız xromosomlar spirallarını yavaş-yavaş açmağa və uzanmağa başlayarlar. Profazadan metafazaya doğru baş verən proseslərin tam tərsi reallaşır. Xromosomlar görünməz olur və xromatin toplusuna çevrilirlər.