Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə138/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   133   134   135   136   137   138   139   140   141
sitologiya

Meyoz I

Profaza I: profaza mərhələsi meyoz bölünmədə ilk və uzun mərhələdir. Çünki bu mərhələdə krossinqover reallaşır. Buna görədə daha yaxşı başa düşülməsi üçün profaza mərhələsi 5 yarım mərhələyə ayrılaraq aydınlaşdırılır (şəkil 10.22).
Şəkil 10.22. Zambaq bitkisndə meyoz bölünmənin profaza mərhələləri.

Leptonema: replikasiya olunmuş və iki qatina çıxmış DNT sentromer sahəsində qısalmağa başlayır. Nukleosom quruluşu baxımından xromomerər görünər lakin DNT cox uzun olduğu üçün işıq mikroskopunda xromatin nüvə daxilində bir topa kimi görünər. Nüvəcik və nüvə membranı hələ itməyib. Hər xromosom iki xromatiddən ibarətdir.

Ziqonema: bir tərəfdən DNT qısalmağı və qalınlaşmağı davam ederkən homoloji xromosomlar bir yerə gələrək bivalentləri yaratmağa başlayarlar. Ana və atadan gələn, quruluşcada oxşar olan iki cüt xromosomun (homoloji xromosomlar) mərkəz nöqtələrinin birləşməsi nəticəsində yaranan xromosom cütünə bivalent deyilir. Bivalentin yaranmasına sinaptonemal kompleks adlanan zülali quruluşlu birləşmənin rol oynaması məlumdur. DNT-nin yoğunlaşması ilə xromatin nüvə daxilində kiçik bir sahədə və kənarda toplanır. Nüvəcik və nüvə membranı dağılmayıb, nüvəcik bəzən xromatin yığımının altindan görsənməyə bilər.

Paxitena: DNT bu mərhələdə qısalmağa davam etdiyi üçün xromatin artıq görünməyə başlayar. DNT-nin qısalması səbəbiylə həcmi getdikcə azalan xromatin nüvədə az bir sahəni əhatə edər. Bu baxımnan yavaş-yavaş yox olmağa başlayan nüvəcik bir küncdə görsənir. Nüvəciyi təşkil edən xromatin nüvəciyin daxilindən çəkildiyi üçün əslində bu quruluş nüvəciyi təşkil edən və hələ dağılmayan nüvəcik zülallarıdır. Həmçinin bivalenti təşkil edən homoloji xromosomların bacı olmayan xromatidləri arasında krossinqover reallaşır. Krossinqover nəticəsində genlər xromosomlar üzərində yenidən təşkil olunirlar və növlərdə variasiyanın ən böyük səbəbi olaraq qəbul edilirlər. Krossinqover rekombinasiyanın bir formasıdır. Rekonbinasiyaya səbə olan digər hallar isə sonrakı mövzularda qeyd olunacağı kimi metafaza I mərhələsində reallaşır.

Leptonema və ziqonema bir nece saat çəkdiyi halda paxinema bir günlərcə, həftələrcə hətta illərcə davam edə bilər.



Diplonema: DNT-nin qalınlaşması hələ də davam edir. Sinaptonemal kompleks bu mərhələdə itər və homoloji xromosomlar bir-birilərindən ayrılmağa başlayarlar. Lakin krossinqover səbəbi ilə bu ayrılma tam olmaz. Xromosomların krossinqoverə başladığı bu nöqtələrdə xromosomlar kəsişərlər. Nu kəsişmə nöqtələri xiyazm adlanır. Xiyazmların sayı krossinqoverin sayından asılı olaraq dəyişir.

Diplonema cox uzun çəkən bir mərhələdir. Məsələn insanlarda oosit hamiləliyin beşinci ayında diplonema mərhələsinə girər və ovulyasiyaya qədər illərcə bu formada qalır. Bəzi canlıların oositlərində diplonemada gözləmə zamanı yoğunlaşmış DNT spiralları açılar və uzun sap formalarına geri qayıdarlar. Spirallarını açmış və bivalent haldakı xromosomlara neheng xromosomlar adı verilir.




Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin