Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə137/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   133   134   135   136   137   138   139   140   141
sitologiya

10.3.2.3. Meyoz bölünmə
Törəmə hüceyrələrini verəcək ana hüceyrələrdə baş verən meyoz bölünmə xromosom sayını yarıya qədər azlmasını reallaşdıran bölünmə tipidi. Buna görədə bu bölünməyə reduksion bölünmədə deyilir. Bu bölünmə nəticəsində diploid bir hüceyrədən (2n sayında xromosom daşıyan) haploid hüceyrələr (n sayda xromosom daşıyan) yaranır. Meyoz bölünmədə həmçinin rekonbinasiya prosesidə getdiyi üçün canlılarda müxtəlifiliyə (variyasiyalığa) səbəb olması baxımından da son dərəcə vacibdir.

Meyoz bölünmə olmasaydı rekonbinasiya prosesi getmeyecek və növ müxtəlifliyi olmayacağı kimi qametlərdə xromosom sayıda azalmayacaqdı. 2n sayında xromosom daşıyan qametlər birləşərlərsə iki qat xromosom daşıyan ziqot yaranar. Bu hal nesilden-nesile bele davam etmis olsa generasiyonlar arasındakı bütün oxşarlıqlar yox olar. Xromosom sayının və ya xromosomda bir hissənin artıq və ya əksik olması və ya yer dəyişməsi belə canlılarda böyük anormallıqlara səbəb olur. Bu hal qamet hüceyrələrində xromosom sayının azalması və nəsillər boyunca xromosom sayının sabit tutulması ucun reallaşan meyoz bölünmənin vacibliyini göstərir.

Mitoz bölünmədə hər xromosomdan bir-bir hər hüceyrəyə paylanarkən meyoz bölünmədə yaranan qametlər homoloji xromosomlardan sadəcə bir dənə xromatid daşıyırlar. Qametləri verəcək diploit ana hüceyrə DNT-sini replikasiya etdikdən sonra ard-arda iki dəfə bölünərək haploid sayda xromosom daşıyan 4 hüceyrə yaranır. Bu baxımnan meyoz bölünmə bir-birini izləyən iki bölünmədən ibarətdir. Birincisi meyoz I, ikinciside meyoz II olaraq adlandırılır. Xromosom sayının yarıya qədər azlması və rekonbinasiya prosesi meyoz I də reallaşır. Meyoz II isə tipik mitoz bölünmə kimi gedir.

Heyvanlar və insanlar kimi bəzi canlılarda meyoz bölünməni qametləri verən ana hüceyrə keçirərkən (qametik meyoz), çiçəkli bitkilər kimi bəzi canlılarda isə sporu verəcək ana hüceyrələr meyoz bölünmə keçirir (sporik meyoz). Haploit sayda xromosom daşıyan ibtidai canlılarda (spiqogira kimi) isə meyoz bölünməni ziqot kecirdir (ziqotrik meyoz). Bu canlılarda haploid sayda xromosom daşıyan hüceyrələr bir-biriləri ilə birləşərək diploid ziqotu yaradırlar. Ziqot da meyoz bölünmə keçirərək təkrar haploid hüceyrələr daşıyır. Bu hüceyrələr mitoz bölünmə ilə çoxalaraq haploid orqanizmaları yaradır.

Mitozda olduğu kimi meyoza girəcək hüceyrələrin əvvəlcə DNT-i replikasiyaya uğramlıdır. Sonra hüceyrə birinci meyoz bölünməyə daxil olur. Profaza, metafaz, anafaza və telofaza mərhələlərini keçirirlər. Telofazanın sonunda ikinci sitokinezi keçirdir və dört hüceyrə (tetrad) yaranır. Bu hüceyrələrin hər biri n sayda xromosom daşıyan haploid hüceyrələrdir (şəkil 10.21). Bu baxımnan meyoz bölünmə iki kariokinez və iki sitokinezdən ibarətdir. Birinci kariokinez və birinci sitokinezdən ibarət meyoz I, ikinci kariokinez və ikinci sitokinezdən ibarət meyoz prosesinədə meyoz II deyilir. Meyoz I özlüyündədə profaza I, metafaza I, anafaza I, telofaza I, meyoz II də özlüyündə profaza II, metafaza II, anafaza II, telofaza II mərhələlərinə ayrılır.
Şəkil 10.21. Meyoz bölünmə sxematik şəkil


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin