Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Prokariot hüceyrələrin ümumi quruluşu



Yüklə 149,68 Kb.
səhifə3/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   2   3   4   5   6   7   8   9   ...   141
sitologiya

1.1. Prokariot hüceyrələrin ümumi quruluşu.
Prokariot hüceyrələr olduqca sadə orqanizmlərdir. Sadəcə plazma zarı, nukleoid quruluş və ribosom orqanelinə sahibdirlər ( şəkil1.2). Bəzi prokariotlarda peptid-qlikogen quruluşunda hüceyrə divarı olmasına baxmayaraq, bəzilərində bu quruluş olmur.

İki qat fosfolipid təbəqə və proteinlərdən əmələ gəlmiş prokariot hüceyrələrin zar quruluşu ( plazmolemma ) eukariot hüceyrələrin zar quruluşları kimi Maye-mozaik zar modeli quruluşundadır. Bütün prokariot canlılarda qalınlığı təqribən 90-100 A0 arasındadır.

Bəzi prokariotlarda hüceyrə zarı bəzi nöqtələrdə hüceyrə daxilinə doğru çökmələr əmələ gətirir. Hüceyrə səthini artırmaq üçün plazma zarının hüceyrə daxilinə invaqinasiyasına mezosom adı verilir. Mezosomların prokariotlarda oksigenli tənəffüs hadisələrinə qatıldığı və mitoxondridə rol oynayan bəzi enzimlərə bənzər enzimlərin ( məsələn, elektron daşıyıcı enzimlər kimi ) bu qatlanmış zar quruluşuna birləşdiyi müəyyən olunmuşdur. Tənəffüs piqmentləri və tənəffüs üçün vacib digər enzimlər mezosomlardakı plazma zarı qatları üzərində yerləşmişdir. Prokariotlarda plazma zarından başqa zarlı quruluşda olan başqa orqanellərə rast gəlinmir.

Prokariot hüceyrələrin malik olduğu tək orqanel-ribosomlardır. Bu canlıların ribosomları 70 S1 çökəlmə qat sayına sahib olan kiçik ribosomlardır. Eukariot hüceyrələrin ribosomları 80 S böyüklüyündə olan ribosomlar sinfindədir. Eukariot ribosomlarda olduğu kimi prokariot ribosomların tərkibi ribosomal RNT ( rRNT ) və ribosomal proteinlərdən ( rPr ) ibarətdir.

Bütün prokariotlar da zar ilə əhatə olunmayan və sitoplazma ilə təmas halında olan, elektron mikroskopunda da yaxşı görünən bir və ya neçə bölgə rast gəlinir. Bakteriya DNT-nin rast gəlindiyi bu bölgələrə nukleoid adı verilir. Nukleoid ətrafında zar olmaması prokariot hüceyrələri eukariot hüceyrələrdən ayıran əsas xüsusiyyətdir. Nukleoidin olması bilavasitə eukariot hüceyrənin nüvəsinin olmasına bərabərdir. Aralarındakı fərq ancaq nukleoidin zar ilə əhatə olunmamasıdır. Hər nukleoiddə sadəcə bir ədəd sirkulyar quruluşda DNT molekulu olur. Bu DNT tipik 2 zəncirdən əmələ gəlmiş, amma 5/ -3/ ucu olmayan prokariot hüceyrə DNT –sidir.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin