3.Tersiyər (üçüncülü) quruluş: zülalların praymer quruluşunu yaradan bəzi amin turşuların (xüsusilə SH qrupu daşıyan sistein amin turşusu) yan zəncirlərinin qarşılıqlı təsiri nəticəsində zülallar tersiyər quruluşa qatlanarlar. (şəkil 3.7). Zülalları davamlı edən və üç ölçülü quruluşunu yaradan bu quruluş düzümü üç vacib quruluşla stabil halda tutulur.
a. polyar hidrofillik amin turşuların R yan zəncirlərinin demek olarki hamisi zülal səthində qalır və su ilə və ya hidrofillik amin turşuların polyar yan zəncirləri ilə H bağları yaradır.
b. polyar olmayan hidrofob amin turşuların R yan zəncirləri protein molekulunun içində yer alır və bir-biriləri ilə qarşılıqlı əlaqəyə girərək sudan qaçırlar.
c. sistein amin turşuların SH qrupları arasında yaranan disulfit rabitələri zülalların tersiyər quruluşunu stabilizə edir.
Şəkil 3.6. Proteinlərin α-sarmal (A) və β-tabaka (B) quruluşu
Şəkil 3.7. Proteinlərin tərsiyər quruluşu. 124 amin turşudan təşkil olunmuş ribonukleaz fermenti 4 disulfit rabitəsi ilə tərsiyər quruluşa birləşir
Dostları ilə paylaş: |