3.2.1.2. Zülalların denaturasiyası və renaturasiyası
Isitmə və ya turşu ilə təsir nəticəsində qatlanmış və üçüncü dərəcəli quruluş almış polipeptid zəncirlərinin bu tərsiyər quruluşu pozular. Buna denaturasiya deyilir. Cunki ekstrem olan bu mühitlər zülal qatlanmasında vəzifə daşıyan disulfit və hidrogen rabitələrini parçalayar və polipeptid zənciri praymer quruluşa keçər. Denaturasiya olmuş bu polipeptid zənciri mühit şərtləri normala çevrildiyində öz-özünə yenə qatlanaraq tersiyər quruluşunu alar. Buna renaturasiya deyilir. (şəkil 3.10) Renaturasiyanın özbaşına olması polpeptid zəncirlərinin qatlanmasının amin turşu düzülüşü ilə müəyyən olunduğu aydın nəzərə çarpır.
Mühitin kəskin isidilməsi və ya yüksək turşu ilə qarşılıqlı təsiri nəticəsində polipeptid zəncirinin quruluşu geri dönməyən bir şəkildə pozulur. Bu halda praymer quruluşu təşkil edən amin turşuların arasındakı peptid rabitədə dağılır. Amin turşuların təkrar rahat bir şəkildə bir yerə gətirilməsi ancaq genin mRNT şəklində kodlanması ilə mümkün olacaqdır.
Şəkil 3.10. Polipeptid zəncirinin denaturasiyası və renaturasiyası
Dostları ilə paylaş: |