b.Ferment aktivliyinə təsir edən faktorlar: Ferment aktivliyinə təsir edən faktorlar arasında fermentin və substratın konsentrasiyasının, reaksiya zamanının, substratın parçalanma məhsulunun, hormonların və işığın təsiri olmaqla birlikdə fermentin aktivliyinə ən çox istilik və hidrogen ionu konsentrasiyalarının təsir etdiyini söyləmək mümkündür.
1.Hidrogen ionunun konsentrasiyası (pH):fermentlərin aktivasiyasında təsirli olan faktorların başında mühitin hidrogen ionu konsentrasiyası durur. Hər fermentin aktivliyinin ən yüksək olduğu optimum bir pH vardır. Bu pH əsasən neytral pH aralığıdır (pH=6,8-7,2). Bu pH aralığının altinda və üstündə fermentlərin aktivliyində azalma gözlənilir. Lakin bəzi fermentlər ekstremal pH aralığında maksimum aktivlik göstərir. Məsələn mədədə olan pepsin pH=2 də, bir hidrolaz olan alkalen fosfataz pH=8,5-10 aralığında optimum aktivlik göstərir.
2.Temperatur:istiqanlı heyvanların bədən temperaturu ferment aktivliyi üçün optimumdur. Bu temperaturun altında və üstündə olan temperaturlarda fermentlərin aktivliyi azalır. Bununla bərabər ribonukleaz 830C-də, adenil kinaz (adenin nukleotidləri arasındakı çevrilməni həyata keçirən ferment) fermentidə 1000C-də qızdırılsa belə aktivliyinin azalmadığı görülər.