4.1.2.Qlikokaliks Hüceyrə membranı karbohidratları hər zaman hüceyrnin xarici tərəfinə baxan səthində olurlar və plazma membranını xaricdən əhatə edən ikinci qat olan qlikokaliksi əmələ gətirirlər. Qlikokaliks oliqosaxaridlərin lipidlərə və ya proteinlərə birləşməsi nəticəsində yaranan qlikolipid və ya qlikoprotein birləşmələrindən ibaərdirlər.(şəkil 4.1 və şəkil 4.4) Qlikokaliks oliqosaxarid birləşmələrindəki ionşəkilli karboksil və sulfat qrupları üzündən yüksək dərəcədə neqativ yüklüdür. Qlikokaliksin hüceyrədə dört əsas funksiyası var:
Hüceyrələrin bir-birini tanımasını təmin edər. Məsələn böyrək və qaraciyər hüceyrələri bir-birilərinə qarışdırıldığında hər hüceyrə tipi özü kimi olan hüceyrəni tanıyıb bir araya gəlməyə başladıqları müəyyən edilmişdir. Yəni qaraciyər hüceyrələri bir-birilərini, böyrək hüceyrələridə bir-birilərini tanıyaraq bir araya gəlirlər.bu xüsusiyyət toxuma və orqan köçürülməsində vacib problemlər yaradır.
Kontakt inhibisyona səbəb olurlar. Toxuma kulturasında böyüyən normal hüceyrələr toxumanı tamamlayıb bir-birilərinə toxunmağa başladıklarında çoxalmalarını dayandırırlar. Bu hal toxunma maneəsi olaraq adlandırılır. Toxumada hər hansı bir hüceyrənin qlikokaliksinin iş görə bilməməsi o hüceyrənin daim bölünüb-çoxalmasına səbəb olur ki, bu da şişin yaranmasının bir səbəbidir.
Hüceyrəyə antigen xüsusiyyəti qazandırır. Bu qlaf hüceyrə xarakterini formalaşdırır. Yəni bir hüceyrənin başqa bir orqanizmada antigen xüsusiyyəti göstərib-göstərməyəcəyini qlikokaliks yaradır. Məsələn eritrosit membranındakı qlikokalikslər qan qruplarının yaranmasına səbəb olur.
Reseptor funksiyasına malikdirlər. Qlikokaliks ayrıca virus və müxtəlif xəstəlik agentlərinin antigenləri üçün tanıma sahələri yaradırlar.
Qlikokaliks qlafda zülal və lipidlərə bağlı oliqosaxarid zəncirindən başqa hüceyrə tərəfindən ifraz olunan və hüceyrə səthinə yapışan qlikoprotein və peptidoqlikanlarda da tapılır (şəkil 4.5). Peptidoqlikan uzun paralel polisaxarid zəncirlərinə çarpaz bağlarla bağlanmış qısa peptid zəncirlərindən ibarət makromolekullardır. Peptidoqlikanda yer alan uzun polisaxarid zəncirləri bir-birilərinə β1-4 rabitəsi ilə bağlı N-asetil qlükozamin birləşmələrindən təşkil olunur. Peptidoqlikan və qlikoproteinlərin bir qismi hüceyrə xarici matriks hissələridirlər. Heyvanlarda hüceyrə xarici matriks hissələrindən kollagen hüceyrələri fibrokonnektin vasitəsilə hüceyrə xarici matriksə bağlayar. Hüceyrələrin bir-birilərinə yapışması xaricində hüceyrə xarici matriks, hüceyrələrə dəstək təmin etməkdə, hərəkət və hüceyrə davranışlarının təşkil edilməsində də vəzifəyə malikdir.