Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə42/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   38   39   40   41   42   43   44   45   ...   141
sitologiya

1.Transmembran zülallar: Membran daxilində iki tərəfdən boydan-boya yerləşirlər. Bəzi transmembran zülalları membranı bir dəfə əhatə etmələrinə baxmayaraq, bəziləri membranı bir neçə dəfə əhatə edirlər.

2.İnteqral zülallar: Membranın sadəcə bir tərəfində az-az yerləşiblər. Həm hüceyrə xaricində həm də sitoplazma tərəfində olurlar.

3.Periferal zülallar: membranın hər iki tərəfində sadəcə səthi olaraq olurlar.

Membran zülallarının əsas funksiyaları var.



  • Fermentativ funksiyaları var. Membranda olan inteqral və ya periferal zülalların bəziləri fermentdir. Məsələn adenilat siklaz membranda olur və ATF-in tsiklik AMF çevrilməsini kataliz edirlər.

  • Reseptor funksiyaları var. Membranın hüceyrə xaricinə baxan zülallarının bəziləri hormonlar, dərmanlar, bakteriyalar və viruslar üçün reseptor funksiyası daşıyırlar.

  • Daşıma və daşımaya köməkçi kanallar yaratmaq funksiyasına malikdirlər. Membranda olan transmembran zülallarının bəziləri daşıma məqsədlidirlər.

  • Birləşmə nöqtələri yaradırlar. Plazma membranında yer alan transmembran zülallar bir tərəfədən hüceyrənin skelet hissələri ilə digər tərəfdən hüceyrə xaricində olan bəzi sapşəkilli zülalların birləşmə nöqtələrini yaradırlar.

  • Hüceyrə-hüceyrə qarşılıqlı əlaqəsini yaradırlar. Bəzi zülallar digər hüceyrələrlə qarşılıqlı əlaqə və xəbərləşmə məsuliyyəti daşıyırlar.

Plazma membranları son dərəcə seçici keçiricilik xüsusiyyətinə sahibdirlər. Bəzi hallarda ionları belə keçirməzkən bəzi hallarda minlərcə dalton böyüklüyündə makromolekulların keçməsinə yol verirlər.

Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin