Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə122/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   118   119   120   121   122   123   124   125   ...   141
sitologiya

10.1.1. Sentrosomların funksiyası
Sentrosomlar hüceyrə bölünməsi zamanı mikroborucuqların formalaşması zamanı başlanğıc nöqtəsini təşkil edir. Bununla əlaqədar olaraq sentrosomlar mikroborucuqları formalaşdıran mərkəz kimidə hesab olunur. Sentriolların quruluşunda yer alan mikroboruculardan kənarda qalan və hüceyrə bölünməsində yer alan mikroborucuqların çoxu əks tərəflərdən sentrosomlara birləşirlər və xaricə doğru uzanırlar. Hüceyrə bölünməsinin başlanğıcında sentriolların bölünüb ayrılmasını izləyən mikroborucuqlar açıqda qalan artıq uclarından uzanmağa başlıyırlar və xromosomların sentromer sahələrində yer alan kinetaxorlarına birləşərək xromosomların qütüblərə doğru hərəkət etmələrini təmin edirlər (şəkil 10.5). Sentromer daha əvvəldə qeyd olunduğu kimi DNT üzərində olan xüsusi nukleotid düzülüşlüdür və iy sapları mikroborucuqların birləşdiyi kinetaxor adlanan zülalların birləşmə nöqtələri olaraq bilinir.

Şəkil 10.5. Mikroborucuqların formalaşması və sentrosomların rolu



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin