10.1 SENTROSOMLAR Hüceyrənin bölünməsi zamanı bir cüt sentrioldan yaranmış yoğun və qarışıq görünüşlü orqanellərə sentrosomlar deyilir. Ilk dəfə 1888-ci ildə Boveri tərəfindən müəyyən olunmuş sentrosomların mərkəzində mikroborucuqlardan təşkil olunmuş bir cüt sentriol olur. Heyvan hüceyrələrinin hamısında olmasına baxmayaraq bitki hüceyrələrində olmadığı müəyyən olunmuşdur. Bitki hüceyrələrində sonrakı dərslərdə müəyyən olunacağı kimi sentosomların funksiyasını γ-borucuqlar daşıyır. Sentriollar hüceyrədə nüvənin yaxınlığında yerləşiblər. Bu hüceyrələrdə qida maddəsinin toplanması nəticəsində bəzən sentriol bir kənarə çəkilmiş şəkildə görünür. Bəzi protozoalarda sentriol sitoplazmada deyil nüvənin icərisinə yerləşmiş şəkildə olur. Belə hallarda sentiol bölünmənin başlanğıcında nüvədən ayrılmış olur.