Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


HİSSƏ 1 PROKARİOTLAR: EUBAKTERİYALAR VƏ ARXELƏR



Yüklə 149,68 Kb.
səhifə2/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   2   3   4   5   6   7   8   9   ...   141
sitologiya

HİSSƏ 1
PROKARİOTLAR: EUBAKTERİYALAR VƏ ARXELƏR

Hüceyrəni nə qədər canlı orqanizmin kiçik bir quruluş vahidi qəbul etsək də, daha sadə quruluşlu hüceyrələri prokariotlarda görmək mümkündür. Nüvəsi bir zar ilə sitoplazmadan ayrılmamış kiçik və eukariot hüceyrəyə nəzərən çox bəsit olan bu prokariot hüceyrələr prokariot canlıları əmələ gətirirlər. Bu gün bilinən prokariot canlılar da həqiqi nüvə zarları və membranlı orqanelləri olmayan, fosfolipid tərkibli hüceyrə zarı və tək bir zəncirli DNT molekulu olan mikroorqanizmləri əhatə edən canlılar qrupudur.

Şəkil1.1. 16S və 18S ribosomal RNT düzülüşlərinin qarşılaşdırılması ilə hazırlanmış canlıların filogenetik soy ağacı.

Ümumiyyətlə, bakteriya termini bütün prokariotları əhatə etmiş, ancaq 1990-cı ildə prokariotların iki fərqli qrupdan əmələ gəldiyi, bunların ortaq bir atadan ayrı-ayrı törəmiş olduqları müəyyən olununca, onaların elmi təsnifatı da dəyişmişdir ( şəkil 1.1 ). Bu baxımnan prokariotlar Bakteriyalar ( Bacteria ) və Arxeylər ( Archaea ) olaraq adlandırılmışdır. 1997-ci ildə Uose və George Fox dünyadakı bütün canlıları 3 əsas kateqoriyaya ayırmışlar. Bunlar aşağıdakılardır:



  1. Əsl bakteriyalar ( Eubacteria )

  2. Metanogen və ya onlara bənzər arxeylər ( Archea )

  3. Bitki, heyvan, göbələk və prokariotlardan başqa bütün mikroorqanizmlər daxil olmaqla eukariotlar ( Eukarya )



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin