1.1.1.Eubakteriyalar
1.Bakteriyalar: Bir mitoxondri orqaneli böyüklüyündə olan və eukariot hüceyrədən bir milyon dəfə daha kiçik olan bakteriyalar tək hüceyrəli mikroorqanizma qrupudur. Tipik olaraq bir neçə mikrometr uzunluğunda olan bakteriyaların bəzi qrupları kürəvi, bəziləri spiral şəkilli, bəziləri isə çubuq formasında olur.( şəkil 1.3 ). Yer üzündəki hər yerdə rast gəlinən bakteriyaların çoxu sərbəst mühitdə yaşamalarına baxmayaraq, bəziləri də bitki və heyvanlardan asılı olaraq da yaşaya bilirlər. Bakteriyaların qida zəncirində mühüm əhəmiyyəti vardır. Məsələn, qida dövriyyəsi, atmosferdən azotun fiksasiyası və s. hadisələr bilavasitə bakteriyalarla bağlıdır.
İnsan bədənində, xüsusi ilə dəri və həzm yolu içərisində insan hüceyrəsinin təxminən on qatı qədər bakteriya olur. Bunların çoxunun zərərsiz olmasına baxmayaraq, bəziləri də patogendirlər və bir çox infeksion xəstəliklərə səbəb olurlar ( xolera, vəba, taun və.s ). Ancaq bəzi bakteriyalar probiotik orqanizmlər olub, həzmdə qidaların və vitaminlərin bağırsaqlardan sorulmasını təmin edən faydalı orqanizmlərdir.
2. Riketsiyalar: Çox kiçik ölçüləri və parazit yaşama tərzi baxımından əvvəllər virus olaraq tanınan riketsiyalar da ( Rickettsia ) bakteriyalar sinfinə daxil edilmişdir. Riketsiyaların da bütün bakteriya xüsusiyyətinə malik olması müəyyən edilmişdir. Riketsiya növləri canlılarda ləkəli - humma və q - humması adlanan xəstəliklərə səbəb olurlar.
Dostları ilə paylaş: |