Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


HİSSƏ 3. HÜCEYRƏNİN KİMYASI: QEYRİ - ÜZVİ VƏ ÜZVİ MOLEKULLAR



Yüklə 149,68 Kb.
səhifə8/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   4   5   6   7   8   9   10   11   ...   141
sitologiya

HİSSƏ 3.
HÜCEYRƏNİN KİMYASI: QEYRİ - ÜZVİ VƏ ÜZVİ MOLEKULLAR

Hüceyrələrin sitoplazması qeyri - üzvi maddələr və karbon daşıyan üzvi molekullardan ibarətdir. Qeyri-üzvi maddələrə su və mineral ionlar (anionlar və kationlar), üzvi maddələrə isə zülallar, karbohidratlar, lipidlər və nuklein turşuları aiddir.


3.1. HÜCEYRƏNİN QEYRİ –ÜZVİ BİRLƏŞMƏLƏRİ
3.1.1.Su

Su hüceyrələrdə ən çox tapılan molekul olub, tək başına bütöv hücrə kütləsinin təxminən 70-75%-ni təşkil edir. Suyun əhəmiyyəti tərkibindəki hidrogen atomlarının müsbət, oksigen atomlarının mənfi yük daşımasından irəli gəlir. Bu su molekuluna dipol (iki qütüblü) xüsusiyyəti verir. Bu səbəbdən də su molekulları həm bir-biriləri ilə, həm də müsbət və mənfi yüklü molekullarla birləşə bilir (şəkil 3.1). Hüceyrədəki bütün suyun 5%-i hüceyrədəki digər molekullarla birləşir, belə suyada bağlı su deyilir. Sərbəst su isə hüceyrədəki suyun 95%-ni faizini təşkil edir. Sərbəst su hüceyrədə digər maddələr üçün yaxşı həlledici və sitoplazmanın kalloidial quruluşu üçün yaxşı bir parçalayıcı şərait yaradır.

Hüceyrənin su tutumu, hüceyrənin yaşı və hüceyrənin metabolik fəaliyyəti ilə bağlıdır. Məsələn su miqdarı embrional hüceyrədə cox olduğu halda, cavan və yaşlı orqanizmaların hüceyrələrində bu miqdar daha azdır. Təkcə diş minası və sümük toxuması hüceyrələrində suyun miqdarı yox dərəcəsində azdır.
Şəkil 3.1. Su molekulunun quruluşu (A), bir-biriləri (B) və yüklü ionlarla birləşmələri (C)



      1. Yüklə 149,68 Kb.

        Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin