Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə127/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   123   124   125   126   127   128   129   130   ...   141
sitologiya

10.2.2. Hüceyrə tsiklinin kontrolu
Hüceyrələrin böyüməsi və bölünməsi hüceyrəxarici siqnallar adlanan böyümə faktorları ilə kontrol edilir. Bütün hücüeyrələrdə hüceyrə lazimi böyüklüyə çatmadan G1 mərhələsindən çıxmasına imkan verilmir. Lakin bundan başqa hüceyrəvi proseslərin kontrol edilməsi və xətanın ən aza endirilməsi üçün hüceyrə G1 ilə bərabər 4 fərqli nöqtədə kontrol edilir və nizamlanır. (şəkil 10.9)
Şəkil 10.9. Hüceyrə tsiklini kontrol nöqtələri
Hüceyrənin lazımınca böyüməsi və ya xətalı DNT daşıması halında o xətalı DNT-nin replikasiyasını əngəlləmək üçün hüceyrə G1 kontrol nöqtəsində dayandırıla bilir. Bu kimi problemlər yoxsa və hüceyrə DNT replikasiyası üçün hazırdısa hüceyrə S fazasına geçər. S fazası DNT-nin dəyər kontrolunun edildiyi yerdir. Bundan başqa replikasiya hələ bitməyibsə hüceyrə S kontrol nöqtəsində saxlanılır. Bu arada DNT-də xəta varsa replikasiya həyata keçmədən əvvəl bərpa üçün lazımi zaman təmin olunur. Ilk iki kontrol nöqtəsini keçən hüceyrə kopyalanmamış və ya xətalı DNT-nin varlığında hüceyrə tsikli G2 kontrol nöqtəsində də dayandırıla bilir. Buradakı məqsəd kopyalanmamış və ya xətalı DNT daşıyan hüceyrənin mitoza girməsinin qarşısı alınır. Mitozdakı M kontrol nöqtəsində isə səhv düzülmüş xromosomların və iy sapları xətalarının kontrolunun edildiyi yerdir. Hüceyrə bölünməsində bütün xromosomlar ekvatorial sahədə düzülmədən hüceyrənin metafazadan anafazaya keçməsi imkan verilmir. Ekvatorial sahədəki düzülmə uğursuz hüceyrə tərəfindən xromosomların iy saplarına birləşməsindəki bir problem olaraq bilinir və mitoz bu problem bitənə qədər dayandırılır. Hüceyrə tsikli xüsusi fermentlər vasitəsilə idarə olunur.

Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin