Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə15/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   11   12   13   14   15   16   17   18   ...   141
sitologiya

4. Kuterner (dördüncü) quruluş: birdən çox polipeptid zəncirdən ibarət olan molekullarının təşkil etdiyi quruluşdur. Kuaterner quruluşda yer alan hər bir zəncir subvahid olaraq adlandırılır. Məsələn hemoqlobin tersiyər quruluş almışdörd fərli zəncirdən ibarət bir molekuldur.(şəkil 3.8) Hemoqlobin molekulu iki dənə α, iki dənə β subvahidlərindən təşkil olunur. Tərsiyər quruluş yarandıqdan sonra hər bir subvahid bir hem qrupuna birləşərək qırmızı qan hüceyrəsinin (eritrosit) quruluşunu təşkil edir.

Şəkil 3.8. Hemoqlobin molekulunun kuaterner quruluşu


Zülal molekulu daxilində yer alan amin turşuların bir dənəsinin və ya birdən coxunun dəyişməsi, yox olması və ya yeni amin turşuların birləşməsi canlılarda istənməyən anormallıqların yaranmasına səbə ola bilir. Canlılarda bir amin turşusunun dəyişməsi nəticəsində yaranan vacib bir xəstəliyə oraqvari hücyerə anormallığını misal göstərmək olar. Hemoqlobində yer alan α zəncirlərin hər birisi 141 amin turşusundan, β zəncirlərin hər birisi 146 amin turşusundan təşkil olunmuşlar. Normal hemoqlobində β zəncirindəki amin turşu qlutamin turşusudur və mənfi yüklüdür. Oraqvari hüceyrə anemiyasına səbəb olan hemoqlobində isə bu amin turşu yüksüz olan valin amin turşusuna dəyişmişdir. Hemoqlobində yer alan α zəncirlərinin tamamı və β zəncirinin digər 145 amin turşusu eyni olduğu halda sadece bir amin turşusunun dəyişiləməsi vacib bir xəstəliyə səbəb ola bilir. Oraqvari hüceyrə anemiyası olan xəstələrin eritrositləri aşağı oksigen təzyiqində uzanar, bükülürlər və oraq şəklini alırlar, bu halda toxumalara oksigen daşıya bilməzlər (şəkil 3.9)

Şəkil 3.9 İnsan qanında normal eritrosit (A) və oraq şəklini almış anormal eritrosit (B)



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin