4.Yarım desmosom (hemidesmosom): Fiziki təsirlərə məruz qalmış epitel hüceyrələrinin bazal laminaya birləşdikləri sahələrdir. Hüceyrə bazal laminaya birləşdiyi üçün hüceyrənin daxili hissəsində yarım düymə kimi bir görünüş yaradır (şəkil 4.27 və 4.29). Yarımdesmosomda inteqrin adlanan transmembran zülallarının hüceyrəxarici çıxıntısı bazal laminada olan laminin zülallına yapışarkən hüceyrədaxili çıxıntıları ilə də plektin zülallına yapışır. Hüceyrədaxili skelet elementlərindən ara çap filamentləri (keratin filamentləri) də plektinə bağlanır.
Desmosomlardakı plakoqlobin və desmoplakin zülallarına yapışan və oradan dirsəklənib hüceyrə dibinə gələn ara filamentlər yarım desmosom sayəsində dolayı yolla bazal laminaya birləşmiş olur. Bu hal epitel hüceyrələrində yay kimi funksiya daşıyaraq epitel hüceyrələrindəki gərginliyin azaldılmasında və tətbiq olunan qüvvənin bütün hüceyrəyə yayılmasında vacib rol oynayarlar.
Şəkil 4.29. Yarım desmosom ilə hüceyrə və hüceyrə xarici matriks arasındakı əlaqə