Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə61/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   57   58   59   60   61   62   63   64   ...   141
sitologiya

4.3.2.Hüceyrə-hüceyrə əlaqəsi.
Hüceyrələrin lateriyal səthlərində hüceyrələrin bir-birilərinə birləşməsini təmin edən nöqtələr mövcuddur. Hüceyrələrdə üst tərəfdən alt tərəfə doğru düzülmüş şəkildə hüceyrələr arası əlaqəni təmin edən üç fərqli birləşmə forması var: möhkəm əlaqə (zonula okludens), kəmər əlaqə (zonula eterens) və düymə desmosom (macula aterens). Bununla yanaşı hüceyrələrin dibində də hüceyrə-bazal laminal əlaqəsini yaradan dördüncü əlaqə nöqtəsi daha tapılıb ki, buna da yarım desmosom (hemidesmozom) adı verilir (şəkil 4.27). Bu əlaqələr xaricində hüceyrənin hüceyrə xarici matriksi ilə birləşməsini təmin edən fokal əlaqələr də mövcuddur. Fokal əlaqələr hüceyrənin yan tərəfində ola biləcəyi kimi hüceyrənin dib hissəsində də ola bilər. İstər hüceyrə arası əlaqədə istərsə də hüceyrə-bazal laminə əlaqəsində transmembran zülalları iştirak edir. Hər əlaqə üçün fərqli transmembran zülalları olması ilə yanaşı bu zülların hüceyrəxarici çıxıntıları (hüceyrəxarici birləşmə zülalları) hüceyrələri bir-birilərinə bağlayarkən hüceyrədaxili çıxıntıları da (hüceyrədaxili birləşmə zülalları) hüceyrə skelet hissələrinə tutunurlar (şəkil 4.28).

Şəkil 4.27. Hüceyrə-hüceyrə və hüceyrə-bazal lamina əlaqələri


Şəkil 4.28. hüceyrələrin bir-birilərinə birləşmələrinin ümumi şəkli



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin