1.Mikrovilluslar-mikrotükcüklər: Hüceyrənin üst tərəfində olan barmaq şəklindəki uzantılara mikrovillus adı verilir (Şəkil4.20 və şəkil 4.4). Mikrovilluslar bəzi epitel hüceyrələrinin üst tərəfində olurlar. Hüceyrə səthini genişləndirərək absorpsiya (soruma) üçün maksimum sahə meydana gətirmə funksiyalarını görürlər. Bağırsaq epitel hüceyrələrindəki mikrovilluslara xəttli kənar, böyrək nefron hüceyrələrindəki mikrovilluslara firçalı kənar adı verilir. Fırçalı kənar və xəttli kənar mikrovillusları quruluş və funksiya olaraq tamamilə bir-birilərinin eynisidir. Aralarındakı tək fərq xətti kənar mikrovillusların qısa, fırçalı kənar mikrovillusların isə firçanı xatırladan bir formada uzun olmasından ibarətdir. Sorulma funksiyası ilə yanaşı mikrovillusların xüsusiləşmiş bir tipi işlək tük hüceyrələrində tapılan və səs dalğalarını təyin edərək eşitmədən məsul olan sterosillerdir (şəkil 4.21).
Bağırsaq mikrovillusları geniş şəkildə incələndiyində hər bir mikrovillus çıxıntısı içərisində 20-30 aktin filamentinin (baxın hüceyrə skeleti) olduğu, xüsusi proteinlərlə (vilin) bir-birilərinə birləşdikləri və yan zəncir zülalları ilə plazma membranındakı transmembran zülallarına yapışdığı müəyyən olunmuşdur (şəkil 4.20). Mikrovillus içindəki aktin filamentlərinin plazma membranının altında uzanan miyozin filomentləri və tropomiyozindən yaranmış terminal şəbəkə quruluşunabağlandığı göstərilmişdir. Miyozin və tropomiyozin aktinlerle bərabər mikrovillusun dik durmasına səbəb olur.
Şəkil 4.20. Mikrovillusların elektron mikrofotoqrafı və sxematik quruluşu
Dostları ilə paylaş: |