Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə72/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   68   69   70   71   72   73   74   75   ...   141
sitologiya

5.3.MİKROBORUCUQLAR
Hüceyrənin əsas skelet hissəciklərindən olan mikroborucuqlar 25nm ölçüsündə sərt içi boş iki ucu açıq çubuqlardır. Bir neçə mikron uzunluğunda ola bilirlər. Eninə kəsikləri dairəvidir. Mikroborucuqlar dinamik quruluşdadır və daha əvvəl araşdırdığımız aktin filamentləri kimi hüceyrədə daim formalaşa bilirlər. Hüceyrədə bir çox sahədə vacib funksiyalar üstələnirlər.

  • Hüceyrə şəklinin müəyyənləşməsində (aktin və ara filamentləriylə birlikdə hüceyrə skeletini yaradırlar)

  • Hüceyrənin yer dəyişdirməsinin bəzi tiplərində (tükcük və qamçının quruluşunda yer alaraq tükcüklü və qamçılı hüyvanların hərəkətində vəzifə daşıyırlar)

  • Orqanellərin hüceyrə daxili hərəkətində

  • Hüceyrənin bölünməsi zamanı xromosomların qütüblərə hərəkətində

Mikroborucuqlar tubulin adlanan qlobulyar quruluşdakı zülallardan ibarətdir. Mikroborucuqların quruluşunda rol alan tubulin zülalları iki cürdür. α və β tubulinlər olaraq adlandırılan bu zülallar bir-birilərinə bənzəyirlər və 55 kd (kilodalton) böyüklüyündədirlər. Hüceyrədə olan üçüncülü tubulin zülalı olan γ tubulin sadəcə sentrosomlarda olur.

Tubulin zülallarının polimerləşməsi nəticəsində yaranan boru şəklindəki mikroboru divarını 13 tubulin təşkil edir (Şəkil 5.6). Tubulin zülallarının bir α və bir β tubulin sıralanması nəticəsində yaranan protofilamentlərin (ön filamentlərin) paralel şəkildə bit yerə gəlməsiylə yaranırlar. Aktin filamentləri kimi mikroborucuqların + və - ucları var. Tubulin zülallarının polimerləşməsi üçün QTP enerjisinə ehtiyac vardır. Polimerləşmədən qısa zaman sonra QTP-dən fosfat molekulunun ayrılması nəticəsində QDP yaranır. QTP-nin hidrolizi tubulinlərin ayrılmasına səbəb olur. Bu hal mikroborucuqlara aktin kimi rahat hərəkət etmə funksiyası verir. Bu hərəkət QDP-ə bağlı tubulin molekullarının əks tərəfdən davamlı itirilməsi və QTP-ə bağlı tubulin zülallarının müsbət ucdan davamlı əlavə edilməsi formasında həyata keçirilir (şəkil 5.7). QTP ilə əlaqəli tubulinlərin miqdarı coxsa mikroborucuq uzanar, fosfat molekulunun ayrılması isə mikroborucuqların qısalmasına səbəb olur.


Şəkil 5.7. Mikroborucuqların uzanması və qısalması
Mikroborucuqların uzanması və qısalması kimi dinamik quruluşu hüceyrənin bölünməsi zamanı hüceyrə skeleti dəyişiklikləri üçün son dərəcə vacibdir. Təcrübi olaraq mikroborucuqların polimerləşməsi iy sapları zəhərləri olaraq bilinən vinka alkaloidləri (kolşisin, kolsemid, vinkristin və vinblastin) tərfindən qarşısı alınır. Mikroborucuqların depolimerizasiyası hüceyrə bölünməsini dayandırır ki, bu kimyəvi proseslərdən uzun zamandı xərçəng müalicəsində istifadə olunur. Ayrıca taksol adı verilən digər bir antixərçəng dərman mikroborucuqları stabilizə edərək hüceyrə bölünməsini dayandırır.

Hüceyrədə mikroborucuqlar sitoplazmada sərbəst borular şəklində ola biləcyi kimi tükcük və flaqellumun aksonem quruluşunda, sentrosomun quruluşunda və iy saplarının quruluşunda da ola bilirlər.



Mikroborucuqlar

Sitoplazmatik mikroborucuqlar iy sapları mikroborucuqlar

Aksonem sentrosom

mikroborucuqlar mikroborucuqlar




Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin